İqtidar-müxalifət dioloqu bitdi: Nəticə isə görünmür

13 dekabr 2014
İqtidar-müxalifət dioloqu bitdi: Nəticə isə görünmürİqtidar və müxalifət partiyaları arasında bu gün keçirilən dialoq artıq yekunlaşıb.

Görüşdən sonra Əli Həsənov mətbuata açıqlama verib. O deyib: "Burada Azərbaycan vətəndaşlarını düşündürən bütün mövzularda söhbət getdi. Tədbirin yekunu kimi qərara gəlindi ki, bu görüşlər davam etdirilsin. Həm hakimiyyət, həm də burada iştirak edən siyasi partiya nümayəndələri belə bir ortaq qənaəti bölüşüblər ki, ölkənin gündəminə, insanların düşüncələrinə daxil olan daxili və xarici siyasət mövzularında bütün məsələlər növbəti dəfələrdə də müzakirə edilsin ".

Daha sonra PA-nın şöbə müdiri deyib: "Siyasi partiyalarla, media ilə bağlı, o cümlədən ətrafında söz-söhbətlər olan son həbslərlə bağlı ciddi və açıq müzakirələr getdi". Əli Həsənov deyib ki, bu dəfə görüşdə 17 siyasi partiya iştirak edib: "Onlardan 8-i ilkin təşəbbüsçü olub. lakin mətbuata məlumat çıxandan sonra formatı böyütmək məcburiyyətində qalındı. Lakin bir sıra partiyalar da bu görüşdə iştirak etmədi. Biz bundan sonra çalışacağıq ki, digər partiyalar da iştirak etsinlər. İlk görüş üçün kifayət qədər lazımlı, dinamik bir görüş oldu. Həm də növbəti görüşlər üşçün bir zəmin hesab etmək olar bu görüşü".

Görüş barədə fikirlərini açıqlayan İqbal Ağazadə deyib ki, biz mesajlarımızı və xoş niyyətimizi bildiridik, hakimiyyət nümayəndələri nə istədiyimzi bildilər: "O cümlədən, predmetli dialoq istədiyimizi çatdırıdıq. Dedik ki, digər partiyalar da növbəti görüşlərdə iştirak etsinlər. Burada elə təşkilatlar, partiyalar var idi ki, onlar buraya niyə gəldiklərini belə bilmirdilər. Biz bu cür görüş formatını yox, predmetli dialoqu təklif edirik. Heç bir mövqeyi olmayan təşkilatların buraya çığırılmasının mənası belə yoxdur. Bugünkü görüşü isə iqtidar-müxalifət dialoqu yox, görüş adlandırmaq mümkündür".

ADP sədri Sərdar Cəlaloğlu uzun müddətli fasilədən sonra bu görüşü başlanğıc olaraq olduqca müsbət qiymətləndirdiyini bildirib: "Təbii ki, bugünkü görüşü siyasi dialoq hesab etmək olmaz. Çünki spektrin bir sıra mühüm təşkilatları iştirak etmədilər. Lakin burada çox mühüm mövzular qaldırıldı. Müzakirə edildi. Biz hesab edirik ki, dialoq uzunmüddətli bir prosesdir və burada qaldırılan mövzuların hamısı ciddi müzakirə olunmalıdır. Buradan göründü ki, iqtidar özü də bu cür görüşlərdə maralıdır. Bizim də xüsusi marağımız var. Hakimiyyət təmsilçisinin buradakı mövqeyi ümid yaratdı ki, real siyasi dialoq başlatmaq mümkündür. Hər şey tərəflərin nə dərəcədə səmimi olmasından, milli və dövlət maraqlarına xidmət etməsindən asılı olacaq ".
Xəbəriniz olsun

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

18.07.2018 - Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

16.07.2018 - Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

16.07.2018 - Tramp Putinlə görüşmək üçün Finlandiyaya getdi

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

Facebook