Gömrük Komitəsinin sədri sahibkarlara müraciət etdi

25 dekabr 2015
Gömrük Komitəsinin sədri sahibkarlara müraciət etdi"Sahibkarlara müraciət edərək tövsiyə edirəm ki, yükləri rəsmiləşdirərkən gömrük orqanları ilə təmasları vasitəçi şirkətlərlə deyil, birbaşa bizə müraciət etməklə yaratsınlar".

Bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

A.Əliyev Şirvanda bildirib ki, bu sahədə şəffaflığın tam təmin olunması həm sahibkarlara dəstək olacaq, eyni zamanda süni şəkildə qiymətlərin artırılmasının qarşısı alınacaq: "Bu məqsədlə müəyyən addımlar atılmağa başlanılıb. İlk növbədə tranzit daşınmalar sahəsində vacib addımlar atılıb ki, əsas hədəfimiz daşınma xərclərinin maksimum dərəcədə aşağı salmaqdır".

DGK sədri bildirib ki, bu yaxında o Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə sərhəd-keçid məntəqələrində yüklərin və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi ilə bağlı həmin məntəqələrdəki vəziyyətlə tanış olub.

"Orada vətəndaşlarla və sürücülərlə görüşdük. Onların verdikləri təklifləri ətraflı öyrənmək və gələcəkdə realizə etmək üçün tapşırıqlar verildi. 700-dən çox tranzit yüklü avtonəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olub, artıq onlardan 200-dən çoxu Qazaxıstana və Qırğızıstana daxil olub. Nəqliyyat vasitələrinin limanda qalması ilə bağlı nə gömrük, nə də ki, sərhəd qoşunları ilə bağlı heç bir problemləri yoxdur" - deyə A.Əliyev qeyd edib.

Komitə sədri onu da deyib ki, süni qiymət artımının qarşısını almaq üçün sahibkarlar və gömrük orqanları təmaslarını vasitəçi şirkətlərlə yox, birbaşa qurmalıdır (APA).
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook