Sumqayıt MERO-da faş olan rüşvət: "Prava"nı 978 manata satdılar...

25 dekabr 2015
Sumqayıt MERO-da faş olan rüşvət: "Prava"nı 978 manata satdılar...Vətəndaş iki dəfə verdiyi imtahandan keçə bilmədi, B kateqoriyalı sürücülük vəsiqəsinə görə, 978 manat pulunu aldılar

Sumqayıt 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində qalmaqal yaşanıb. Qalmaqala səbəb iki dəfə imtahan verərək, sürücülük hüququna sahib ola bilməyən vətəndaşdan 978 manatın alınması olub.

Savash.org xalq.az-a istinadən xəbər verir ki, Sumqayıt MERO-da şöbənin rəisi «Polad» ləqəbli Mirəli Şıxəliyevin sürücülük vəsiqəsi biznesinə maklerlər nəzarət edirlər. Bizə məlumat verən şəxsin sözlərinə görə, əsas missiyanı Anar adlı makler həyata keçirir və o, sürücülük vəsiqəsi almaq istəyənlərə təkliflər gətirir.

Məlumatda deyilir ki, əvvəllər B kateqoriyala sürücülük vəsiqəsinə sahib olmaq istəyən şəxsin bunun üçün 500-600 manat xərci çıxırdısa, hazırda həmin məbləğ 900-1000 manata qaldırılıb. «Anar adlı makler bizə bildirdi ki, MERO-nun rəis müavini İlkin sürücülük vəsiqəsi üçün 1000 manat istəyir. Uzun çək-çevirdən sonra isə qiyməti 978 manata endirdilər. Anar, həm də sürücülük məktəbinin nümayəndəsidir».

Mənbə iki dəfə imtahan verdiyini, lakin pul vermədiyi üçün kəsildiyini vurğulayıb. O qeyd edib ki, 978 manat ödədikdən sonra sürücülük vəsiqəsi ala bilib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

Facebook