Qorxmaz Hüseynovun 5 milyonluq villasının fotosu yayıldı

26 dekabr 2015
Qorxmaz Hüseynovun 5 milyonluq villasının fotosu yayıldı«Azərsu» rəhbərinin Nərimanov rayonunda inşa etdirdiyi bahalı ev göz qamaşdırır. Azərbaycanda iri məmurların böyük imkanlara sahib olması sirr deyil. Onlarla bağlı məlumatlar da həmişə oxucular üçün maraqlı olub.

Tia.az-ın apardığı araşdırmaya əsasən daha bir məmurun bahalı villasının yeri müəyyənləşdirilib. Belə ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynovun Nərimanov rayonu ərazisində yerləşən villasının ümumi dəyərinin 5 milyon dollardan çox olduğu bildirilir.

Qeyd edək ki, 9 mərtəbəli binaların yaxınlığında yerləşən həmin villanın hündürlüyü heç də kiçik deyil. Tia.az bildirir ki, 5 mərtəbəli bina hündürlüyündə olan və 3 mərtəbədən ibarət olan həmin yaşayış kompleksinin böyük bir ərazidə inşa edildiyi də hamıya məlumdur.

Bildirək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynovun belə bahalı evə sahib olması heç də çətin məsələ sayılmır. Ona görə ki, sözügedən qurumun adı daha çox korrupsiyada hallanıb. İndiyə qədər mətbuatın yazdıqlarından belə anlaşılır ki, bir sıra iri layihələrin həyata keçirilməsi işlərini həyata keçirən ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarının olduğu inkar edilməyib.

Onu da vurğulayaq ki, Qorxmaz Hüseynovun təkcə bir yerdə deyil, bir neçə yerdə bahalı villalarının olduğu da gələn məlumatlar arasındadır. Hazırda onların yerləşdiyi əraziləri müəyyənləşdirib, bilgilər topladıqdan sonra məlumat verəcəyik.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook