Deputat unun qiymətini 9 manat bahalaşdırdı

26 dekabr 2015
 Deputat unun qiymətini 9 manat bahalaşdırdı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi İmişlidə iş adamını saxladı

Deputat Əsabil Qasımovun ailəsinə məxsus olan “Karat” holdinqin istehsal etdiyi un məhsulları kəskin bahalaşıb. 20 dekabrda baş verən kəskin devalivasiyaya qədər “Karat” istehsalı olan “Karmen” markalı 1 kisə un 18 manat olsa da, hazırda 27 manata satılır.

Deputatın ailə holdinqi Azərbaycan un məhsulları bazarında kifayət qədər böyük çəkiyə malikdir. Bu baxımdan deputatın ailə şirkətinin qiymətləri qaldırması manatın qiymətdən düşməsi fonunda ölkədə çörəyin qiymətinə, çəkisinə də birbaşa təsir edir.

Avropa.info yazır ki, holdinqin əsas istehsal sahəsinin yerləşdiyi İmişli şəhərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə İmişlidə “Karat”da istehsal olunan unun topdansatışı ilə məşğul olan iki böyük anbardan birinin sahibi tutulub. Həmin anbarlardan biri Milli Məclisin deputatı Əsabil Qasımovun xalası oğlu Naib Xəlilovun, digəri isə iş adamı Nizami Umudovundur.

N.Xəlilov unun 1 kisəsini 27 manata, digər iş adamı isə 27 manat 50 qəpiyə satırmış.
Keçirilən əməliyyat zamanı saxlanılan da Nizami Umudov olub. O, unun 1 kisəsini istehsalçı şirkət kəskin bahalaşdırandan sonra 50 qəpik baha satırmış. N.Umudov 3 gün imiş unun qiymətini 18 manatdan 27 manat 50 qəpiyə qaldırıbmış. Dekabrın 24-dən isə N.Umudov İmişli rayonunda un satışını ümumiyyətlə dayandırıbmış. Rayon sakinləri sayt əməkdaşına bildiriblər ki, N.Umudov unu Əsabil Qasımovun xalası oğlu Naib Xəlilovdan alıb və satır. Belə bir halda qiyməti qaldıran istehsalçı şirkət rəsmiləri əvəzinə unun alqı-satqısı ilə məşğul olan iş adamının həbsi anlaşılmır.

Nizami Umudovu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları saxlayaraq, Bakıya gətiriblər.

İmişli rayon Polis İdarəsindən Nizami Umudovun həbsinin hansı səbəbdən baş verdiyini bilmədiklərini deyiblər.

“Yeni Müsavat” əməkdaşı “Karat” holdinqin Bakının Murtuza Muxtarov küçəsi 201 ünvanındakı ofisi ilə əlaqə saxlayıb. Ofisdən Ə.Qasımovun ofisdə olduğunu bildirsələr də, deputat qiymət artımı və İmişlidə “Karat”ın istehal etdiyi un məhsulunu baha satan iş adamının Nizami Umudovun saxlanılması ilə bağlı danışmaq istəməyib. Deputat mobil telefonuna etdiyimiz israrlı zəngləri də cavabsız qoyub.

Görəsən, deputat Əsabil Qasımov ölkə rəhbərliyinin süni bahalaşmaya qarşı mübarizə haqda çağırışlarını eşitməyib?
Xəbəriniz olsun

16.10.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

16.10.2018 - Əbülfəz Məlikovu kim cəzalandırmaq istəyib: Silahlı basqın, aparılan 1 milyon...

16.10.2018 - Badamdarda son durum – Sürüşmə zonasının miqyası genişlənir

16.10.2018 - Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

16.10.2018 - “Səni deyirlər”in ifaçısı Bakıya gəldi, ona mükafat veriləcək – Video

16.10.2018 - Baş həkim 34 yaşlı Dəmirovun ölümünə səbəb oldu - Foto

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

Facebook