Gəncədə icra başçısını döyənlərin ikisi həbs edildi

13 dekabr 2014
Gəncədə icra başçısını döyənlərin ikisi həbs edildiBaş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Gəncənin Nizami Rayon İcra Hakimiyyətinin başçısının və onun müavinin döyülməsi faktı ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, dekabrın 10-da saat 11:30 radələrində Gəncənin Cavad xan qəsəbəsində (keçmiş Avtozavod adlanan ərazidə) inşa edilmiş qanunsuz tikililərlə bağlı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir zamanı bir qrup sakin Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən Nizami Rayon İcra Hakimiyyətinin başçısı, onun müavini, həmçinin həmin ərazidə ictimai asayişi mühafizə funksiyalarını həyata keçirən 5 polis əməkdaşı və 1 nəfər sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, polisə məxsus 3 xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlardan icra hakimiyyətinin başçısı və onun müavini, 1 polis əməkdaşı və 1 vətəndaş 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Gəncə Şəhər Prokurorluğu və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, xəsarət almış şəxslərin dairəsi müəyyən olunub və digər ilkin zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib və digər istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Səmədov Aqil Arif oğlu və Nağıyev Ərşad Elbəyi oğlu saxlanılıblar.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbəriniz olsun

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

Facebook