Müxalifətin hakimiyyətlə şənbə bazarlığı: Dialoq yoxsa, tərəflərin “yoldaşlıq görüşü”...

13 dekabr 2014
Müxalifətin hakimiyyətlə şənbə bazarlığı: Dialoq yoxsa, tərəflərin “yoldaşlıq görüşü”...Əslində nəyin və niyə baş verdiyi o qədər aydındı ki, hətta hansısa izahat və şərh olmadan belə sayıq oxucu prosesdən xəbərdardı. Bununla belə, Savash.org olaraq şənbə günü reallaşan və adına “iqtidar-müxalifət dialoqu” verilmiş olayla bağlı bəzi qeydlər etmək qərarına gəldik. Beləliklə...

Görüşdə müxalifət adından kimlər iştirak etdi?
Beynəlxalq Mətbuat Mərkəzində reallaşan görüşdə iqtidar düşərgəsini Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev təmsil edib.
Müxalifət düşərgəsində isə tədbirə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Xalq Partiyasının sədri Pənah Hüseyn, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.
Amma siyahıdan da göründüyü ki, bir neçə partiyanı çıxmaq şərtilə yerdə qalanlar yalnız sədrlərindən ibarət olan siyasi qurumlardı. Belə olan halda ortaya haqlı olaraq belə bir sual çıxır...

AXCP və Müsavat olmadan dialoq mümkündürmü?
Verilən məlumatlara görə, Müsavat Partiyası əvvəldən axıradək bu görüşün keçirilməsi ilə bağlı müzakirələrdə iştirak edib. Amma son anda tədbirə qatılmaqdan imtina edən Müsavatın bu addımı özünüqoruma instinkti altında atdığını güman etmək çətin deyil. Son zamanlar adı onsuz da hakimiyyətə meyllənməkdə hallandırılan Müsavat partiyası AXCP-nin qatılmadığı formatdan kənarda qalmaqla növbəti ittihamlar dalğasından qurtulmağı düşünüb. AXCP-nin tədbirdə iştirak etməməsinə gəlincə isə burada məsələ aydındır. Nə AXCP bu tədbirdə iştirak edəsi deyildi, nə də hakimiyyət onlarla eyni masa arxasında əyləşmək istəyirdi. Hakimiyyət müxalifətin o təmsilçiləri ilə görüşdü ki, onlarla bu və ya digər şəkildə onsuz da əlaqəli idi, təmasları vardı. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, zatən iqtidarın dialoq apardığı müxalifət partiyaları ilə ciddi problemləri də yoxdu son zamanlar. Əgər söhbət iqtidar-müxalifət dialoqundan gedirdisə burada Müsavat və AXCP-nin iştirakı prioritet olmalı idi. Amma göründüyü kimi, hakimiyyət növbəti dəfə bu 2 partiya ilə bir masa arxasında oturmaq istəmədi, odur ki, tərəflərin şənbə görüşünün “iqtidar-müxalifət dioloqu” adlandırılması sadəcə təbəssüm yarada bilər. Hesab edirik ki, görüşün təşkilatçıları “dialoq görüntüsü” yaratmağa çalışsalar da əslində cəmiyyətə və beynəlxalq birliyə başqa mesaj çatdırmaq istəyirdilər....

Parlament seçkilərinin konturları cızıldı...
Düşünürük ki, PA-nın şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi iqtidar təmsilçiləri ilə müxalifət partiyaları arasındakı görüş orada müzakirə edilən məsələlər baxımdan maraqlı deyil. İndi görüşdən sonra hamısı açıqlama verə bilər ki, “filan məsələni qaldırdıq”, “həbslərə etiraz etdik”, “söz və demokratiyaz azadlığının problemlərini qabartdıq” – bunlar üzdə görünən tərəflərdi. Həmin açıqlamanı verən hörmətli müxalifət təmsilçilərinin özləri hər halda bu sətirlərinin müəllifindən yaxşı bilirlər ki, bu ölkədə problemləri onların rəy və təklifləri ilə həll etmirlər. Kim nə danışıbsa elə orda da qalıb-vəssalam!
Bu görüşün Azərbaycanın perspektiv daxili siyasəti baxımından əhəmiyyəti isə 2015-ci ilin parlament seçkiləri ilə bağlı ola bilər. Hakimiyyət, müxalifət kimi hansı qüvvələri tanıdığını növbəti dəfə nümayiş etdirdi və şənbə görüşünü hakimiyyətin parlament seçkiləri ilə bağlı “ilk yoldaşlıq görüşü” də adlandırmaq olar. Bu o demək deyil ki, həmin görüşdə yer alan bütün qüvvələr növbəti parlamentdə təmsil olunacaq-əsla. Bu o demək idi ki, həmin görüşdə olmayanlar növbəti parlamentdə də olmayacaq. Düzdür, Müsavatla bağlı hakimiyyətin hansısa tərəddüdləri ola bilər, amma xüsusi ehtiyac olmadan Müsavatın da “oyundan kənar vəziyyədə” qalacağı mümkün variantlardandır.
Zülfüqar SAVAŞ
Xəbəriniz olsun

18.09.2018 - İlham Əliyev: "Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir"

18.09.2018 - Putin Ermənistanda Köçəryan və Sarkisyanla görüşəcək

18.09.2018 - “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

18.09.2018 - Azərbaycanda direktorla müəllimlər saçyolduya çıxdılar – Video

18.09.2018 - İranda Xəzər dənizinin adını dəyişirlər

18.09.2018 - Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... - Ağcabədidə AĞLASIĞMAZ DƏHŞƏT

18.09.2018 - Ata və oğul birləşib idmançını öldürdü – Sumqayıtdakı qətlin təfərrüatı

18.09.2018 - Baş redaktor tanımadığı şəxs tərəfindən təhdid olunur-FOTO

18.09.2018 - Hikmət Hacıyev PA-da yüksək vəzifəyə təyin olundu

17.09.2018 - Soçidə Ərdoğan-Putin görüşü başa çatdı

17.09.2018 - Prezidentin mətbuat katibi: İlham Əliyevin oğlu haqda Paşinyanın sözləri axmaqlıqdır

17.09.2018 - Kamaləddin Heydərov yatağa düşdü, xaricə apardılar: Paradda bu səbəbdən iştirak etməyibmiş...

17.09.2018 - Başçı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- Beyləqanda

Facebook