Vanqadan 2016-cı il proqnozu: Terror, Avropaya hücum...

06 yanvar 2016
Vanqadan 2016-cı il proqnozu: Terror, Avropaya hücum...Böhran, çətinliklərlə yadda qalan 2015-ci ilin bitməsi, yeni - 2016-cı ilin gəlişi insanlara yeni ümid bəxş edib.

Dünyada son zamanlar hökm sürən gərginliklər, böhranlar diqqətləri illər öncə yaşamış məşhur ekstrasens, öncəgörənlərin - Vanqa, Nastradamus kimi şəxslərin proqnozlarına yönəldib.

Bəs əfsanəvi öncəgörən Vanqa 2016-cı il barədə nə deyib? Savash.org ANS-ə istinadla bolqar falçının proqnozunu təqdim edir.

O, proqnozlarında 2016-cı ildə ekstremistlərin kimyəvi silahlardan istifadə edərək Avropaya böyük miqyaslı hücumlarından xəbər verir.

Bolqar qadın bu il terrorçuların və terror qruplaşmalarının sayının artmaqda davam edəcəyini, ABŞ, Fransa və Böyük Britaniyanın apardığı mübarizəyə baxmayaraq terrorçuların gücünün daha da artacağını xəbər verib.

1911-ci ildə anadan olan bolqar Vanqeliya Pandeva-Quşerovanın gələcəkdə baş verəcək hadisələr haqqında dəqiq məlumat verməsi onu bütün dünyada məşhur edib. Onun verdiyi xəbərlərin dəqiqliyini ekspertlər 85% doğru qiymətləndirirlər.

O, 2001-ci il 11 sentyabrda ABŞ-da baş verən qanlı terror aktı, iqlim dəyişikliyi, 2004-cü ildə İndoneziyada baş verən dəhşətli sunami, ABŞ prezidentinin qaradərili seçiləcəyini öncədən görüb. Sonuncu fakt haqqında o, 1989-cu ildə xəbər verərək əlavə edib ki, qaradərili namizəd ABŞ-ın son prezidenti olacaq.

Hələ 1950-ci ildə məşhur öncəgörən Vanqa qlobal istiləşmə haqqında məlumat vermişdi. Yalnız 50 il sonra alimlər Yer kürəsinin iqlim sistemində temperaturun artması ilə bağlı dünyanı təhlükə gözlədiyini qeyd ediblər.

Onun verdiyi proqnozlardan biri isə “Böyük Müsəlman Müharibə”sinin başlayacağı haqqındadır. Belə ki, o, bu müharibənin Suriyada başlayacağı və paytaxtı Roma olan Xilafətin qurulması ilə 2043-cü ildə sona çatacağını xəbər verib.

2018-ci il - Çin yeni dünya gücünə çevriləcək.
2023-cü il - Dünya oxu yüngülcə yerindən oynayacaq.
2025- ci il - Avropa hələ də boşalır.
2028-ci il - Yeni enerji mənbəyi tapılacaq. Aclıq problem olmaqdan çıxacaq. Veneraya pilotlu kosmik gəmi göndəriləcək.
2033-cü il - Qütb buzları əriyəcək. Okeanın səviyyəsi artacaq.
2043-cü il - Müsəlman bir dövlət yenidən Avropanın tək hakimi olacaq.
2046-cı il - Süni orqanlar hazırlanacaq. Orqan dəyişdirilməsi əsas müalicə üsulu olacaq.
2066-cı il - Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə yol açan silahdan (ani donma-red.) istifadə edəcək.
2088-ci il - Yeni xəstəlik: İnsanlar saniyələr ərzində yaşlanacaq.
2091-ci il - Xəstəliyin müalicəsi tapılacaq.
2100-cü il - İnsan tərəfindən hazırlanan günəş dünyanın qaranlıq tərəfini də işıqlandıracaq.

Əfsanəvi öngörücü 1996-cı ilin avqustunda dünyasını dəyişib.
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook