Papa Fransisk: “Heyvanlar da cənnətə gedəcək”

13 dekabr 2014
Papa Fransisk: “Heyvanlar da cənnətə gedəcək”Qərb mediası bu iddianı dartışır

Qərb mediasının müzakirə mövzularından biri Roma Papası Fransisklə bağlıdır. Bir çox nüfuzlu nəşrlər iddia edirlər ki, Müqəddəs Ata sevimli itini bu yaxınlarda itirmiş azyaşlı oğlanla söhbət edərkən, ona bildirib ki, heyvanlar da cənnətə gedir. Biz onlarla cənnətdə yenidən qarşılaşacağıq. Bu barədə “The New York Times” qəzeti xəbər yayıb.

Bu iddia ilə razılaşmayanlar da var. Ancaq tarixdə heyvanların da cənnətə gedəcəyi ilə bağlı bəyanat verən Roma Papaları az olmayıb. Belə ki, 1978-ci ildə dünyasını dəyişmiş Papa VI Paul da bu barədə danışıb. Onun dedikləri isə İtaliyanın populyar qəzetlərindən olan “Corriere della Sera”da özünə yer alıb. Papa isə belə deyibmiş: “Cənnət bütün yaradılmışların üzünə açıqdır”.

Bir çoxları bildirirlər ki, media Papa VI Paulun fikirlərini çaşqınlıqdan dolayı Papa Fransiskin adına çıxıb. Bu çaşqınlığa aydınlıq gətirmək üçün CNN də araşdırmalar aparıb.
Fərqli media orqanlarının araşdırması nəticəsində bəlli olub ki, Papa IX Pius heyvanların cənnətə getməsi ehtimalını rədd edib. Çünki heyvanları Allah şursuz məxluq olaraq yaradıb. Papa II Con Paul isə əksinə, deyib ki, heyvanların da bizim kimi ruhu var və onlar da insan qədər Allaha yaxındır.

O da maraqlıdır ki, hazırkı Papanın adı müqəddəs Fransis anlamından götürülüb. Bu isə heyvanların müdafiəçisi mənasına gəlir...

Qeyd edək ki, Roma Papası Fransisk əvvəlki müsahibələrində ateistlərin də cənnətə gedə biləcəyini vurğulamışdı və söyləmişdi ki, xeyirxah ateistlər cənnətə qovuşacaq.
Xəbəriniz olsun

22.09.2019 - "Əli Kərimlinin statusunun altında istehza dolu rəy yazmışdı" - Fuad Qəhrəmanlı qızıyla konfliktindən danışd ...

22.09.2019 - Mahirin evini qarət edənlər danışdı - Video

22.09.2019 - AXCP-də qiyam: Fuad Qəhrəmanlı olayı partiyanı ikiyə böldü - ŞOK SƏS YAZISI

21.09.2019 - Almaniya Seymur və Nigar Həzilərə girişi bağladı

21.09.2019 - Azərbaycanda qadın ona hücum edən çaqqalı boğaraq öldürdü

21.09.2019 - Elçin Şıxlı İctimai TV-də işə başladı

21.09.2019 - AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib

21.09.2019 - Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı – Fotolar

20.09.2019 - Asmir Beqoviçdən “Qarabağ” azarkeşlərinə müraciət - Foto

20.09.2019 - Sürücünün söydüyü yol polisi işdən çıxarıldı

20.09.2019 - Putini öldürməyə gələn yakutiyalı şaman həbs edildi: RUSİYA ŞOKDA

20.09.2019 - Sabah hava kəskin dəyişəcək - Dolu düşəcək, qar yağacaq

20.09.2019 - “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20.09.2019 - "Fuad Qəhrəmanlının ailəsində yaşananlar..." - Əli Kərimli yazdı...

20.09.2019 - “Ən baha qiymətə gedən mandatıdır, onu da girov qoyub də...” – Partiya sədrindən Rafael Cəbrayılova replika

20.09.2019 - Rafael Cəbrayılov deputat mandatını girov qoyaraq borc alıb - QALMAQAL