İstehsalçılar siqaretin bahalaşmasının səbəbi haqda

APA xatırladır ki, tütün məmulatlarının pərakəndə satış qiymətində orta hesabla 0,5 manat artım müşahidə olunur.
Bu, ötən ilin dekabr ayının 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra ikinci qiymət artımıdır. Xatırladaq ki, dekabrın 21-də manatın 48% dəyərdən düşməsindən sonra tütün məmulatlarının qiymətində təxminən yarıbayarı bahalaşma müşahidə olunub.
Növbəti qiymət artımının siqnalları ötən günün sonunda gəlməyə başlayıb. Belə ki, topdansatış nöqtələrində siqaretin satışı dayandırılmışdı. Gözlənilən baş verdi - qiymətlər təxminən 0,50-0,70 manat artıb.
Bazarda böyük pay sahibi olan şirkətlərdən biri "Japan Tobacco International Baku"dan bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır.
Məlum olduğu kimi, tütün məmulatlarının istehsalı idxala bağlı olan prosesdir. Artıq uzun müddətdir davam edən dolların bahalaşması bu sahəyə təsir etməkdədir.
İqtisadiyyat və Sənaye Nazirliyindən isə sayta bildiriblər ki, hazırda tütün məmulatlarının bahalaşması ilə bağlı araşdırma aparılır və gün ərzində ictimaiyyətə bahalaşmanın səbəbləri və araşdırmanın nəticələri açıqlanacaq.
17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?
17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)
16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək
16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar
16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO
16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür
16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM
16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər
16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?
16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib
15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı
15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi
15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?