Jurnalistin qatillərindən biri: ”Cavid dedi ki, işin yoxdur, dedim yox, o məni söyüb"

12 yanvar 2016
Jurnalistin qatillərindən biri: ”Cavid dedi ki, işin yoxdur, dedim yox, o məni söyüb"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi işi üzrə həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Prosesdə dövlət ittihamcısı ittiham aktını elan edib. Təqsirləndirilən Elşən İsmayılov(“Qəbələ” futbol klubunun hücumçusu Cavid Hüseynovun bibisi oğlu), Arif Əliyev və Camal Məmmədov onlara elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Kənan Mədətov və Samir Mustafayev isə təqsirli bilməyiblər.

Təqsirləndirilən Elşən İsmayılov ifadəsində göstərib ki, mərhum Rasim Əliyevin Cavid Hüseynov barəsində yazdıqı statusu təhqir hesab edib: " Cavidin qohumu kimi yox, bir azərbaycanlı kimi mənə təsir elədi. Dedim bunu yazanın qanında azərbaycanlı qanı yoxdur. O da cavabında yazdı ki, şübhən varsa gedək yoxlatdıraq. Sonra nömrəmi yazmağımı istədi. Nömrəmi verdim. Zəng vurub söyüş söydü. Dedi istəyirsən gəl, “Bayıl market” in qarşısındaa görüşək”.

E.İsmayılov Rasimlə aralarında olan söhbət barədə Cavidə məlumat verib:" Cavid dedi ki,işin yoxdur. Dedim yox, o məni söyüb. Cavid də dedi, zəng vurub üzr istəyəcək. Gözlədim, zəng vurub üzr istəmədi. Əksinə dedi ki, üzr istəniləcək hec nə yoxdur. Tanımadıqım adam idi, cəkinirdim, ona görə uşaqlara Bayıla getmək istədiyimi dedim. Birlikdə getdik. Bu hadisənin belə yerə catacaqı aqlıma da gəlməzdi". E.İsmayılov hadisədən sonra Bibiheybət məscidinə gəldiklərini deyib:" Uşaqlar namaz qıldılar. Sonra Cavid mənə zəng vurub narazılıq etdi, məni danladı. Dedi ki, niyə belə hərəkət etmisən, qanun var, dövlət var. Sonra digər təqsirləndirilən Camal Məmmədov ifadə verib. O, Bayıla dava məqsədilə getmədiklərini, icib söhbəti yoluna qoymaq ücün getdiklərini deyib. C.Məmməfov ittihamlarda yazılanların əksəriyyəti ilə razılaşmadıqını, belə bir hadisənin baş verməsindən peşmancılıq kecirdiyini biıdirib. Məhkəmə prosesi yanvarın 14 - də davam edəcək.

Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin

ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb.
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook