Abşeronun xanım icra başçısının anti-böhran tədbirləri: ödənişlər dollarla alınır

13 yanvar 2016
Abşeronun xanım icra başçısının anti-böhran tədbirləri: ödənişlər dollarla alınırNeftin kəskin ucuzlaşması, manatın ikinci devalvasiyası bir çox sahələrdə maliyyə çətinliklərinə səbəb olub. Problem büdcə təşkilatlarının maliyyələşməsində özünü daha çox biruzə verir. Bir neçə gün əvvəl Ağcabədidə büdcə təşkilatlarında çalışanların maaşlarından 50 manat kəsilməsi barədə xəbər vermişdik. Bu dəfə bənzər xəbər Abşeron rayonundan gəlib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə qaynar.info məlumat yayıb. Belə ki, rayonun 9 nömrəli orta məktəbində müəllimlərin maaşı köçürülüb. Amma heç də bütün müəllimlərin maaşlarını ala bilməyib. Belə ki, 10 müəllimə məvacib verilməyib. Onlara bildiriblər ki, gələn ay iki aylıq maaşlarını birdən köçürəcəklər. Bəlli olub ki, bu hadisə təkcə 9 nömrəli məktəbdə baş verməyib. Belə ki, rayonun bir çox məktəblərində bəzi müəllimlərə maaş verilməyib və onlara gələn ayı gözləməyi tapşırıblar.

Saytın əldə etdiyi bir digər məlumata görə, Abşeron rayonundakı məktəblərlə yanaşı bir sıra büdcə təşkilatlarında da maaşlar kəsilib. Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı ilə böhrandan çıxmaq üçün məktəb direktorlarının və səhiyyə obyektlərindən aylıq alınan ödənişlər də çoxaldılıb. Eyni zamanda rayon ərazisində həyata keçirilən tikinti işlərindən alınan “haqq”lar da dollarla alınmağa başlanılıb. Belə ki, Xırdalanda, Saray qəsəbəsi, Mehdiabad, Qobu qəsəbəsi, Ceyranbatan qəsəbəsi, Hökməli qəsəbəsi, Masazır, Məmmədli kəndi, Fatmayı, Görədil kimi yaşayış evlərinin daha çox tikildiyi ərazilərdə tikinti üçün icra hakimiyyətinin yerli nümayəndələri tərəfindən alınan “icazələr” məhz xarici valyuta ilə həyata keçirilir.
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook