Arif Hacılının "bandotdel"ə çağrılması rayonlardakı aksiyalarla bağlı olub

13 yanvar 2016
Arif Hacılının "bandotdel"ə çağrılması rayonlardakı aksiyalarla bağlı olubBu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Müsavat Partiyasından verilən məlumata görə, BMCMİ-nin nümayəndələri partiya qərargahına gələrək, bildiriblər ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşmək istəyir.

Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olub. Müsavat başqanı “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, o BMCMİ-yə vəkil Nemət Kərimli ilə gedib. Orada qurumun rəisi Seyfulla Əzimovla görüşüb. BMCMİ-nin rəisi Arif Hacılıya bildirib ki, onlarda son günlər Siyəzəndə, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. Seyfullah Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirib.

Arif Hacılı isə ona cavab olaraq bildirib ki, Müsavat Partiyası hələki kütləvi aksiyalar barədə qərar verməyib: “Bildirdim ki, Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcək”.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook