Mobil telefonla saatlarla danışmaq hansı xəstəlikləri yaradır? - RƏYLƏR

14 dekabr 2014
Mobil telefonla saatlarla danışmaq hansı xəstəlikləri yaradır? - RƏYLƏRMançester Universiteti (Böyük Britaniya) alimlərinin iddiasına görə, mobil telefonların elektromaqnit şüalanması insan sağlamlığına heç bir zərər yetirmir. Mövzu ilə bağlı tədqiqatlar “Journal of the Royal Society Interface” jurnalında əksini tapıb.

Alimlər mobil qurğuların elektromaqnit sahələrinin sonsuzluq, xərçəng, həmçinin uşaqlarda leykemiya xəstəliyinin yaranmasına səbəb olması ilə bağlı ehtimalları yoxlamaq qərarına gəliblər. Hesab edilir ki, bu sahələr insan orqanizmində həyat üçün əhəmiyyətli olan zülalları zədələyir. Həkimlər hər ehtimala qarşı mobil telefonla saatlarla danışmağı məsləhət görmür.

Kimyaçı-alimlər zəif maqnit sahəsinin flavoproteinlərə - sinir sisteminin idarə edilməsi və DNT-nin bərpasında vacib rol oynayan zülallara təsirini öyrəniblər. Aydın olub ki, şüalanma onların fəaliyyətinə heç bir təsir göstərmir.

Məqalə müəlliflərindən biri Naycel Skratton bildirib ki, sözsüz ki, əlavə tədqiqatların aparılmasına ehtiyac var, lakin araşdırmalar mobil telefon və bu kimi qurğuların insan üçün təhlükəsiz olduğunu yetərli qədər qəti şəkildə təsdiq etməyə imkan verir.

Qeyd edək ki, Britaniyanın Əhali Sağlamlığının Mühafizəsi Agentliyinin (səlahiyyətinə ölkə vətəndaşlarının infeksion xəstəliklərdən, zəhər və radiasiyadan qorunması kimi məsələlərin daxil olduğu müstəqil ictimai təşkilat) 2010-cu ildə apardığı tədqiqatlar da mobil telefon, baza stansiyaları və Wi-Fi şəbəkəsinin insan sağlamlığına zərəri haqda heç bir inandırıcı sübut əldə edə bilməmişdir. Buna baxmayaraq, bir çox təşkilatlar tədqiqatların davam etdirilməsinin tərəfdarıdır. Çünki, dəqiq nəticələrin əldə olunması uzun illərin müşahidəsini, araşdırmasını tələb edir.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook