Tərtərin icra başçısı rayonu "barıt çəlləyi“nə döndərib: Müstəqim Məmmədov "vurulacaq“

15 yanvar 2016
Tərtərin icra başçısı rayonu "barıt çəlləyi“nə döndərib: Müstəqim Məmmədov "vurulacaq“Məlum bahalaşmadan sonra ölkənin bir sıra rayonlarında baş tutmuş etiraz aksiyaları gündəmin əsas mövzularındandır. Əslində isə həmin etirazlar bir növ mərkəzi hakimiyyətə mühüm mesaj oldu, bəlli oldu ki, zəif nöqtələr, idarəçilikdə ciddi problemlər məhz hansı rayonlardadır.

Diqqət yetirdinizsə, etirazların baş qaldırdığı rayonlardakı dözülməz durumla bağlı buna qədər də ölkə mətbuatında tənqidi məqalələr dərc olunur, buradakı nöqsanlar konkret faktlarla təqdim olunurdu. Artıq etiraz aksiyalarının baş verdiyi rayonlarda vəzifə sahiblərinin həbsi (konkret olaraq Füzuli rayonunda icra nümayəndəsinin həbsi-red) də sübut edir ki, mərkəzi hakimiyyət idarəçilikdə ciddi nöqsanlara yol vermiş məmurları bağışlamaq niyyətində deyil.

Savash.org-a daxil olan məlumatda isə iddia olunur ki, yaxın günlərdə cəzalandırılacaq məmurlar sırasında Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov da var. Daxil olan məlumatda iddia olunur ki, 2014-cü ildən rayona rəhbərlik edən Müstəqim Məmmədov Tərtərdə dözülməz mühit formalaşdırıb. Rayon dini radikallar üçün əlverişli sığınacaq yerlərindən birinə çevrilib, əhalinin məşğulluğu üçün mövcud imkanlardan səmərəli istifadə olunmayıb, sahibkarlara qayğıdan isə ümumiyyətlə söhbət açmağa dəyməz.

Odur ki, Lənkəran, Siyəzən, Füzuli, Ağcəbədi rayonlarında sosial tələblərlə başlayan kütləvi aksiyaların Tərtərə sıçraya biləcəyi ehtimalı yüksək qiymətləndirilir. Bu halda isə Müstəqim Məmmədovun təkcə vəzifəni itirməklə canını qurtaracağı inandırıcı görünmür.
Savash.org
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook