Müsavatın mitinq keçirəcəyi stadion polisin əhatəsində

14 dekabr 2014
Müsavatın mitinq keçirəcəyi stadion polisin əhatəsindəMüsavat Partiyasının mitinq keçirəcəyi stadion polis nəzarətindədir. Müsavat.com-un əməkdaşının verdiyi xəbərə görə, “İnşaatçılar” metrostansiyasından Məhsul stadionuna qədər ərazi çoxsaylı polis əməkdaşları ilə əhatələnib. Həmçinin metronun giriş-çıxışında da onlarla polis dayanıb.

Yollar isə yol-polisi maşınları və əməkdaşları ilə bağlanıb. Yollardan avtomobillər yığışdrılır. Polislə birgə ərazidə mülkigeyimlilər də var. Stadiona girişə də icazə verilmir. Girişdə dayanan polislər insanların saat 15.00-da stadiona buraxılacağını bildirirlər.

Xatırladaq ki, Müsavat Partiyası Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə “Siyasi məhbuslara azadlıq!” şüarı altında bu gün mitinq keçirməyi planlaşdırır.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 14 dekabra təyin etdiyi mitinqin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib. Belə ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun Müsavata göndərdiyi məktubda partiyanın müraciətinin araşdırıldığı və mitinqə razılıq verildiyi bildirilib.

Mitinq 14 dekabrda, yəni bu gün saat 15:00-dan 17:00-a qədər “İnşaatçılar” metrostansiyasının yanındakı keçmiş “Məhsul” stadionunda keçiriləcək.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook