Asan Xidmət rəhbərinə qarşı “nazirlər koalisiyası”

20 yanvar 2016
Asan Xidmət rəhbərinə qarşı “nazirlər koalisiyası”Nazir və komitə sədrləri əllərindən çıxan səlahiyyətlərinin davasına qalxdı...

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan xidmət) sədri İnam Kərimova qarşı güclü koalisiya formalaşıb. Bu haqda “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, son zamanlar Asan Xidmətin səlahiyyət sərhədlərini nəzərəçarpacaq dərəcədə artırması və bir sıra nazirliklərin bəzi funksiyalarının da adıçəkilən quruma həvalə edilməsi nazirlər arasında ciddi narazılıq yaradıb.

Məlumat üçün bildirək ki, son dəyişikliklərə əsasən, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin formalaşdırılması və təkmilləşdirilməsində iştirak etmək, həmçinin qanunvericiliyə uyğun aparılmasını təmin etmək Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin vəzifələri sırasına daxil edilib. Agentliyin Hüquqi təminat şöbəsi Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında elektron informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi ilə bağlı Agentliyin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etdiyi layihələrin hazırlanmasında və icrasında iştirak etmək, görülən işlər barədə arayışlar, hesabatlar almaq, sorğular verilməsini təklif etmək hüququ da qazanıb. Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılmasında və nəticəsi barədə arayışların, hesabatların hazırlanmasında iştirak etmək isə Hüquqi təminat şöbəsinin tərkibində Hüquqi aktların ekspertizası sektorunun funksiyaları sırasına daxil edilib.

Məsələ burasındadır ki, prosesin bundan sonar da davam edəcəyi, bəzi nazirliklərin əhəmiyyətli funksiyalarının da ASAN xidmətin səlahiyyətlərinə veriləcəyi gözlənilir. Xatırladaq ki, indiki halda ASAN xidmətə sığorta, tibb, hüquqi yardım, tərcümə, notariat fəaliyyəti, vətəndaşlıq aktlarının dövlət qeydiyyatı, məhkumluq barədə arayışların verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu daxildir.

Lakin Asan Xidmət rəhbəri və onun hakim düşərgədəki tərəfdarları bununla kifayətlənmək istəmir. Onlar ASAN xidmətin həm bütün regionları əhatə etməsinə, həm də səlahiyyətlərinin genişləndirilməsinə çalışır. Qeyd edək ki, ölkə başçısı Ilham Əliyev də dəfələrlə ASAN xidmətin fəaliyyətinə toxunaraq vurğulayıb ki, bu qurum bütün regionları əhatə etməlidir. Bu isə ASAN xidmətin inkişaf etdirilməsi ilə bağlı planlara prezident səviyyəsində dəstəyin verilməsi o deməkdir ki, nazirləri də təlaşa salan məsələ budur.

Asan xidmətin bu inkişafı isə onu məmur-oliqarxların hədəfinə gətirib. Çünki ASAN xidmət faktiki olaraq bir çox nazirlik və komitənin- əmlak məsələləri üzrə dövlət komitəsinin, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin, daxili işlər nazirliyinin, daşınmaz əmlak və reyestr xidmətinin, Səhiyyə Nazirliyinin və digərlərinin fəaliyyət sahəsinə girib.

Son məlumatlara görə isə Asan Xidmət indi də Dövlət Gömrük Komitəsinin bir sıra səlahiyyətlərini mənimsəmək üzrədir və bu istiqamətdə işlər aparılır. Bu isə Asan xidmət rəisinə qarşı yaradılan “nazirlər koalisiyası”na DGK sədri Aydın Əliyevin də qoşulmasını şərtləndirib.

Bildirək ki, Asan xidmətə qarşı birləşən nazirlər və komitə sədrləri baş verənlərin nəticəsi olaraq gəlir mənbələrinin əhəmiyyətli hissəsini itiriblər. ASAN xidmətin səlahiyyətləri genişləndiriləcəyi təqdirdə onlar üçün vəziyyət daha da arzuolunmaz olacaq. Eyni zamanda bundan digər məmurlar da zərbə alacaq.

Qeyd edək ki, Asan xidmət korrupsiyaya qarşı mübarizədə əsas silah hesab olunsa da adıçəkilən qurumun fəaliyyətində də kifayət qədər nöqsanlar mövcuddur. Sadəcə olaraq Asan xidmət fəaliyyəti ilə özü ilə bağlı ictimai rəydə arzulanan imici yaratmağı bacarıb. Bu isə ona rəqibləri ilə mübarizədə əlavə üstünlük vermiş olur. Amma nəzərə alsaq ki, asan xidmətə qarşı formalaşan koalisiyada çox ciddi qüvvə formalaşıb, bu zaman nüfuz müharibəsini hansı tərəfin qazanacağı haqda nəsə iddia etmək çətinləşir.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook