Bələdiyyə sədrindən prezidentə şikayət olundu – Ucarda “göl əhvalatı”

25 yanvar 2016
Bələdiyyə sədrindən prezidentə şikayət olundu – Ucarda “göl əhvalatı”Göyçay rayonu R.Rza küçəsi ev 51 sakini Məmmədyarov Müşfiq Sidqi oğlu tərəfindən Savash.org-un elektron ünvanına şikayət məktubu daxil olub.

Şikayətçinin iddiasına görə, Ucar rayonu Küçəkənd kənd ərazisində sahəsi 1, 70 ha ərazini əhatə edən, balıq yetişdirmək üçün min- bir əziyyətlə əmələ gətirdiyi göldən istifadə edə bilmir. Belə ki, bələdiyyə sədri Ağakişi Kərimov əsassız olaraq onun fəaliyyətinəqadağa qoyub.

“İşləmək üçün məndən rüşvət tələb edir. Ancaq həmin ərazinin 15 illik icarəyə götürməyimə dair Küçəkən bələdiyyəsi ilə 07 iyun 2003-cü il tarixdə müqavilə bağlamışam və qanunu qaydada həmin vaxt icarə pulu ödəmişəm. Müqavilə bağlanan zaman Küçəkənd bələdiyyəsinin sədri başqa şəxs olmuşdur. Ancaq yeni sədr Ağakişi Kərimov məndən həmin göldən istifadə edilməsi üçün rüşvət tələb edir. Baxmayaraq ki, qüvvədə olan icarə müqavilməm var. İcarə haqqı isə banka bələdiyyənin hesabına ödənməlidir ki, buna razıyam. Ancaq bələdiyyə sədri Ağakişi Kərimovun istədiyi rüşvəti verməyə imkanımız yoxdur. Çünki həmin göl yenidən hazırlamaq üçün bizə xeyli miqdarda vəsait lazım olacaq”.

Müşfiq Məmmədyarovun sözlərinə görə, o 2003-cü il tarixdə həmin 1,70 ha torpaq sahəsini icarəyə götürüb və orada göl yaradıb. İndi isə həmin göldə maddi imkanı olan şəxslə ortaqlı iş qurub balıq yetişdirmək istəyində olduğunu bildirən şikayətçi məmur özbaşınalığının buna imkan vermədiyini iddia edir:

“Məqsədimiz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq dövlətə vergi ödəməkdir. Ancaq çox təssüf olsun ki, bələdiyyə sədrindən çox özünü qolçomaq kimi aparan Ağakişi Kərimovunistədiyi rüşvəti verə bilmədiyimiz üçün sahibkarlıqla məşğul olmaq planlarımızı həyata keçirə bilmirik. Bələdiyyə sədri Ağakişi Kərimov öz qanunsuz əməllərini onunla əsaslandırır ki, kənd sakinləri bu göldə sənin balıq yetişdirməyinə razı deyil. Onda sual verirəm ki, istədiyin rüşvəti versəm, kənd camaatı razı olacaq ? Əslində isə bələdiyyə sədrinin bu bəhanələri məndən istədiyi pulu almaqdır. Qeyd edim ki, həmin göl yaşayış sahəsindən 1 km aralıda yerləşir və həmin göldə mən iki il balıq yetişdirib sahibkarlıqla məşğul olmuşam. Amma sonradan müəyyən səbəblərə görə işimi dayandırdım. İndi isə maddi köməklik göstərən dostumla həmin fəaliyyəti bərpa etmək istəyirik”.

Sonda üzləşdiyi problemin həlli üçün müvafiq dövlət qurumlarına müraciət edən şikayətçi bələdiyyə sədrinin qanunsuz tələblərinə son qoyulmasına yardımçı olunmasını xahiş edir:

“Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafını boğan məmurlara etdiyi ciddi xəbərdarlıqlardan rüşvətxor Ağakişi Kərimov nəticə çıxarmaq istəmir. Biz bələdiyyə sədri Ağakişi Kərimovun qanunsuz əməllərindən Prezidentə, Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzaqdəyə şikayət ərizələri ilə müraciət etmişik. Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm Ucar rayonu Küçəkənd bələdiyyəsinin sədri Ağakişi Kərimovun sahibkarlıq fəaliyyətimə yaratmış maneənin aradan qaldırılıb onun barəsində qanunu tədbirlər görməyinizi sizdən xahiş edirəm”.

Savash.org
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook