SOCAR-dan 20 milyon dollara 16 villa alan rəis müavini haqda açıqlama: "Bu gün o işdə, hamının qarşısında dedi ki..."

25 yanvar 2016
SOCAR-dan 20 milyon dollara 16 villa alan rəis müavini haqda açıqlama: "Bu gün o işdə, hamının qarşısında dedi ki...""Bu gün Qiymət Mehdiyev işdə olub və hamının qarşısında bəyan edib ki, barəsində yayılan məlumatlar yalandır, əsassızdır".

Bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Şirkət sözçüsü bildirib ki, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin xanımının Türkiyədə 20 milyon dollara 16 villa almasını özü təkzib edib.

N.Quliyev bu məsələnin SOCAR-a aidiyyəti olmadığını da vurğulayıb. Onun sözlərinə görə, Q.Mehdiyev ANS-ə gedib və yaxın dəqiqələrdə məsələ ilə bağlı geniş açıqlama verəcək.

Xatırladaq ki, Virtualaz.org 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alması haqda məlumat yayıb. Könül Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.

K.Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Sayt bildirib ki, K.Mehdiyevanın mülkləri almaq üçün milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook