Lavrov «7 rayonun qaytarılmasına» nöqtə qoydu

27 yanvar 2016
Lavrov «7 rayonun qaytarılmasına» nöqtə qoyduRusiya XİN rəhbəri Qarabağ ətrafı rayonların qaytarılmasını əks etdirən planın olmadığını bildirib

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları sənədlər var. Başqa sənədlər mövcud deyil”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi mətbuat konfransında deyib. Lavrov bildirib ki, bir neçə il ərzində təkmilləşdirilən bu sənədlər hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sənədlər kimi nəzərdən keçirilir: “Heç bir sənəd Dağlıq Qarabağ münaqişəsinin bütün nüanslarının həllini təşkil etmir və Rusiya hər iki tərəfə münaqişənin sülh yolu ilə həllində kömək üçün səy göstərir”. Lavrov həmçinin bir müddət əvvəl onun hər hansı təkliflər irəli sürməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə “Lavrovun” və ya digər şəxsin hazırladığı sənəd yoxdur.
“Hazırlanan sənədlər ATƏT-ə göndərilsə də, münaqişənin həllinə heç bir təsir göstərməyib. Bu münaqişədə “ya hər şey, ya heç nə” prinsipi vacibdir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq”.

Bir müddət əvvəl Sergey Lavrovun Ermənistan hakimiyyəti qarşısında 7 rayonun qaytarılması ilə bağlı məsələ qaldırdığı barədə xəbər yayılmışdı. Hətta məlumatlarda Lavrovun İrəvan səfərində də bu məsələni müzakirə etdiyi bildirilirdi (ans press).
Xəbəriniz olsun

20.06.2018 - Sabiq nazir özünə məxsus klinikada həkim nəzarətidndədir - YANINA HEÇ KİM BURAXILMIR

20.06.2018 - “GünayBank”da 100 milyon oğurluq qalmaqalı – təfərrüat

20.06.2018 - Azərbaycan ordusunun Naxçıvandakı zəfərinin videosu yayımlandı

19.06.2018 - Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi barədə

19.06.2018 - Paşinyanı qətlə yetirmək istədilər

19.06.2018 - İntihardan öncə çəkib nişanlısına göndərdiyi duyğusal video: "Tərlan, məni unutma..."

19.06.2018 - Pambıq zəhərlənməsi naziri İmişliyə apardı

19.06.2018 - Ermənistanın təyyarəsi vuruldu - RƏSMİ

19.06.2018 - Dərnəgüldəki taxta bazarında yanğın: 500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı

19.06.2018 - Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…”

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

Facebook