“İki aydır “NAZ-Lifan” sürürəm” - Əhəd Abıyev

27 yanvar 2016
“İki aydır “NAZ-Lifan” sürürəm” - Əhəd AbıyevDaşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi "NAZ Lifan” avtomobili alıb.

Bu barədə Publika.az-a icra başçısı özü məlumat verib. Ə.Abıyev "NAZ-Lifan” avtomobilini hələ 2 ay öncə aldığını söyləyib: "Mən bu avtomobili 2 aya yaxındır ki, almışam və hazırda da istifadə edirəm. Evdə də istifadə edirlər. Çox keyfiyyətli avtomobildir. Əsl ev, ailə avtomobilidir. Mən də bu avtomobili ev üçün istifadə edirəm. Ancaq işə dövlət tərəfindən verilən xidməti avtomobilimlə gəlirəm. Hazırda işə "Niva” ilə gedib-gəlirəm. Çünki Daşkəsən dağlıq ərazi olduğu üçün burada ancaq "Niva” sərf edir”.

Ötən gün Prezident İlham Əliyevin məmurlara yerli istehsal olan "NAZ-Lifan” avtomobili almağı tövsiyə etdiyini vurğulayan Abıyev ölkə başçısının bu tövsiyəsinin çox vacib addım olduğunu bildirib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ-Lifan" avtomobillərini almağı tövsiyə edib: "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar”.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook