Füzuli RİH başçısı rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olub - FOTOLAR

28 yanvar 2016
Füzuli RİH başçısı rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olub - FOTOLAR Füzuli rayonunda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin məskunlaşdıqları İkinci Zobucuq qəsəbəsindəki Poliklinikada və Böyük Bəhmənli kəndi ərazisindəki Tibb Mərkəzində olmuş, burada insanlara göstərilən tibbi xidmətin səviyyəsi ilə maraqlanmış, əhali ilə görüşüb söhbət etmişdir.

Füzuli RİH başçısı rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olub - FOTOLAR Alı Alıyev Prezident cənab İlham Əliyevin insana qayğı, əhalinin səhiyyə, sağlamlıq məsələlərini daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və göstərişlərini xatırlatmış, tibb işçilərinə, həkimlərə vətəndaşların incidilməsi, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, həkim-xəstə münasibətlərində şəfaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı tapşırıq və tövsiyyələrini xatırlatmışdır.
Alı Alıyev demişdir ki, rayonun bütün yaşayış məntəqələrində tibb ocaqları, həkim məntəqələri fəaliyyət göstərir, rayonda özəl tibb müəssisəsi olmadığı üçün burada əhaliyə göstərilən xidmətlər də pulsuzdur.

Füzuli RİH başçısı rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olub - FOTOLAR Görüşdə MRX-nın baş həkimi Soltan Əliyev, Füzuli Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov əhaliyə göstərilən tibb xidmətinin vəziyyəti barədə məlumat vermişlər.

Rayon sakinləri və xəstəxanada müayinə olunan məcburi köçkünlər onlara göstərilən tibbi xidmətin səviyyəsindən razılıqlarını bildiriblər. Göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Füzuli RİH başçısı rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olub - FOTOLAR Hər iki tibb mərkəzində tibbi müayinədən keçən rayon sakinləri ilə söhbət edən Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin qarşıya çıxan nöqsanların, neqativ halların qarşısının alınmasında ictimai nəzarətə böyük əhəmiyyət verdiyini, dəfələrlə bu məsələyə münasibət bildirdiyini vurğulamışdır. Qeyd etmişdir ki, tibb məntəqələrində, ayrı-ayrı idarə müəssisələrdə onların incidilməsi halları baş verərsə ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətinə və aidiyyəti orqanlara məlumat versinlər.

Füzuli RİH başçısı rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olub - FOTOLAR Sonda Alı Alıyev bir daha tibb işçilərinə həkim-xəstə münasibətlərində şəffaflığın təmin edilməsi, imtiyazlı xəstələrə dərman pereparatlarının vaxtında verilməsini tapşırmış, Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının sağlam böyüməsi, onlara bütün sahələrdə nümunəvi tibb xidmət göstərilməsi, heç bir kəsin incidilməməsi barədəki tapşırıqlarını sösüz icra etmələrini tövsiyyə etmişdir.






Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook