Nazirlik kağız üstündə “əkib-biçir”, ərzaq isə xaricdən gəlir

14 dekabr 2014
Nazirlik kağız üstündə “əkib-biçir”, ərzaq isə xaricdən gəlirBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakıda nümayəndəliyinin açılması ilə bağlı ikitərəfli danışıqlar nəticə verir.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir ki, xeyli vaxtdır Azərbaycan tərəfi bununla bağlı danışıqlar aparır. İndi isə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Bakıda təsis edilməsi ilə bağlı yekun nəticələr müzakirə edilir.

Nazirlik hesab edir ki, FAO Azərbaycanda ofis açandan sonra kənd təsərrüfatının bir çox sahələrində ölkəyə yardımçı ola bilər.

Məlumdur ki, baş qərargahı Romada yerləşən FAO inkişaf etməkdə olan ölkələrə maddi köməklik də daxil olmaqla müxtəlif yardımlar göstərir. Təşkilatla bağlı rəsmi məlumatlarda da qeyd edilir ki, 1945-ci ildən fəaliyyət göstərən FAO inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatı ilə bağlı yardımlar həyata keçirir.

Nüfuzlu FAO həm də ölkələrlə bağlı hesabatlar hazırlayır. Amma təşkilatla tərəfdaşlıq etmək istəyən Azərbaycanın adı hesabatlarda müsbət onluqda qərarlaşdırılmır.

Məsələn, FAO-nun Ümumdünya Ərzaq Günü münasibətilə hazırladığı hesabatda qeyd edilir ki, Orta Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda kifayət qədər qidalanmamaq riski müşahidə olunur. Kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26 faizdir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə virtualaz.org saytına açıqlamasında deyir ki, Azərbaycan özünün heç bir adda ərzaq və qida məhsullarına olan təlabatlarını daxili istehsal hesabına ödəyə bilmir.

Ekspertin sözlərinə görə, Azərbaycanda il ərzində adambaşına 32 kiloqram, yəni tələbatın yalnız 38 faizi qədər ət istehsal edildiyi bildirilir. Halbuki Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına görə, adambaşına ət norması il ərzində 84 kiloqramdır.

“Yerli istehsal olunan ətlə birgə ümumi tələbatın yalnız 40 faizi təmin olunur. Belə ki, 2013-cü ildə ölkədə adambaşına 33,8 kiloqram ət və ət məhsulları istehlak olunub. Bu da o deməkdir ki, Azərbaycanda normadan 2 dəfədən də çox aşağı adambaşına ət istehlak olunur. Adambaşına 360 kiloqram süd norması müəyyən olunsa da Azərbaycan keçən il adambaşına 193 kiloqram süd istehsal edib. İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin tələbatının yalnız 53,6 faizini təmin edir. Son zamanlar ciddi şəkildə artan süd və süd məhsulları idxalı ilə birlikdə ölkədə il ərzində adambaşına 248 kiloqram istehlak edilir ki, bu da ümumi istehlak tələbatının 69 faizini təşkil edir” - deyə V.Məhərrəmov bildirir.

Ekspert deyir ki, Azərbaycan çörək istehsalında xammal kimi istifadə etdiyi ərzaq buğdasını 100 faiz xaricdən idxal edir: “Dövlət Statistika Komitəsinın məlumatına əsasən, 2013-cü ildə ölkəyə 1 milyon 451 min ton ərzaq buğdası, 18 min ton düyü, 46 min 449 ton buğda unu idxal olunub. Bu il buğda istehsalı ilə bağlı vəziyyət daha da acınacaqlıdır. Belə ki, bu il buğda istehsalı keçən ilə nisbətən 25 faiz azalıb.

İkinci çörək hesab olunan kartof istehsalı da aşağı səviyyədədir. Adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir. Keyfiyyəti aşağı olduğuna görə istehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən də keçən il adambaşına kartof istehlakı normanın 51 faizi qədər, yəni 64,2 kiloqram olub”.

V.Məhərrəmovun fikrincə, Azərbaycan adambaşına ən az tərəvəz istehsal edən ölkələr sırasındadır. Ölkəmiz keçən il adambaşına 131 kiloqram (norma 140 kiloqram) tərəvəz və bostan məhsulları istehsal etdiyi halda əhali normadan xeyli az, adambaşına 105,2 kiloqram ümumi normanın 75 faizi qədər məhsul istehlak edib.

İl ərzində adambaşına meyvə və giləmeyvə norması 100 kiloqram müəyyən edilsə də 2013-cüildə Azərbaycanda 75,2 kiloqram istehlak olunub: “Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanın adambaşına əsas qida məhsulları istehsalında və istehlakında digər ölkələrdən hətta MDB ölkələri sırasında da geridə qalır, yalnız Tacikistandan irəlidədir. Balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir.

FAO-nun hesabatında isə göstərilir ki, Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda 3095 kilokaloridir”.

İqtisadçı Nübar Seyidova isə deyir ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” dövlət proqramları mövcuddur.

N.Seyidova deyir ki, həmin proqramlarda məhsul istehsalçılarına yardımlar göstərməkdən tutmuş kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa yönəldilmiş bütün tədbirlər yer alıb: “Nazirliyin proqramların təminatına dair hesabatlarında isə göstərilir ki, məsələn, il ərzində baytarlıq idarəsinin 2 mərtəbəli inzibatı binası, sahə baytarlıq məntəqəsi, Suraxanı rayonu Əmircan qəsəbəsində sahə baytarlıq məntəqəsi və daha haralar əsaslı təmir edilib. Dağ və dağətəyi bölgələrdə ətlik maldarlığın inkişaf etdirilir. Artıq aran bölgələrində də ət istehsalına ciddi diqqət yetirilir. Ağcabədi və Bərdə rayonlarında minlərlə ev, ailə kəndli təsərrüfatı heyvan kökəldilməsi ilə məşğul olur. Bərdə rayonunun hansısa kəndində hansısa fermer bu qədər ət istehsal edib. Bu qədər toxum alınıb, bu qədər yardım edilib. Daha konkret tədbirlərə rast gəlmirik. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hazırlanan dövlət proqramları, sənədlər, mövcud qanunvericilik mükəmməl sayıla bilər. Amma proqramda nəzərdə tutulan tədbirlər həyata keçirilsə, kənd təsərrüfatının inkişafına nail olmaq mümkündür. Yoxsa ki, məntəqələrin təmir edilməsini heyvandarlığın dəstəklənməsi kimi təqdim olunması baş aldatmağa bənzəyir”.

N.Seyidova hesab edir ki, beynəlxalq əməkdaşlıq, nüfuzlu təşkilatların təcrübəsindən yararlanmaq mütləqdir. Lakin bunun Azərbaycanda məhsul istehsalının artacağına yönəlmiş tədbirlər kimi təqdim olunması doğru deyil.

Nazirlik isə yenə də nikbindir, öz əməkdaşlarının, fermerlərin beynəlxalq konfranslarda iştirakının əhəmiyyətini vəsf edən məlumatlar yaymaqla dünyaya səs saldıqlarını sübut etməyə çalışırlar. Amma hələ də beynəlxalq təşkilatlar hesabatlarında ölkəmizin adı siyahının sonunda yer tutur.
Xəbəriniz olsun

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

20.07.2018 - “Zapravka”nı soyan şəxs: “Həmin pulla kirayə haqqımı ödədim”

20.07.2018 - Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İYRƏNC ÜSUL

19.07.2018 - SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN ŞİKAYƏTÇİDİR – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…” + FOTOLAR

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

Facebook