İcra başçısı Böyük Bəhmənli kəndində səyyar qəbul keçirdi - FOTOLAR

29 yanvar 2016
İcra başçısı Böyük Bəhmənli kəndində səyyar qəbul keçirdi - FOTOLARFüzuli RİHB Alı Alıyevin göstərişi ilə Böyük Bəhmənli kəndinin problemləri həll olunur

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, "xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində keçirilmişdir. Görüşdə rayonun idarə, müəssisə, təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
İcra başçısı Böyük Bəhmənli kəndində səyyar qəbul keçirdi - FOTOLARSəyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, Böyük Bəhmənli kəndinin işıq, su, qaz yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənddə iki məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
İcra başçısı Böyük Bəhmənli kəndində səyyar qəbul keçirdi - FOTOLARGörüşdə kənd sakinlərinin problemləri dinlənilmiş, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunmuş, mövcud nöqsan və çatışmazlıqlar həll olunmuşdur. Sakinlər tərəfindən kəndə əlavə transformatorun qoyulması, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyin olunması, işsiz gənclər üçün yeni iş yerlərinin yaradılması, kəndarası yollara çınqıl tökülməsi, şor və dren kanallarının təmizlənməsi, məktəblərin qızdırılması, aztəminatlı ailələrin tibbi müayinəsinin təşkili kimi məsələlər artıq öz müsbət həllini tapmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə Böyük Bəhmənli kəndinə 2 ədəd 250 kva-lıq transformator qoyulmuş, 100-ə yaxın aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımının verilməsi üçün sənədləri qəbul olunmuş, 26 nəfərə ÜDSY-nin verilməsi təmin edilmişdir. Kəntdə işsiz olan 12 nəfər gənc müvafiq işlə təmin olunmuş, kənd və məhəllələrarası yollara çınqıl tökülmüş, rayon Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən şor və dren kanallar təmizlənmişdir. Kəndə fəaliyyət göstərən hər iki məktəbin qızdırılması təmin olunmuş, 250-ə yaxın ailə isə ərazidəki tibb məntəqələrində pulsduz tibbi müayinədən keçirilmişdir.
Kənd sakinləri dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını fasiləsiz və pulsuz qaz, işıq, su və digər sosial problərinin həll olunduğunu bildirdilər. Onlara göstərdiyi diqqət və qayğıya görə Prerzident cənab İlham Əliyeva və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin qarşıya çıxan nöqsanların, neqativ halların qarşısının alınmasında ictimai nəzarətə böyük əhəmiyyət verdiyini, dəfələrlə bu məsələyə münasibət bildirdiyini vurğulamışdır. Qeyd etmişdir ki, kənd sakinləri qarşılaşdıqları neqativ hallar, onları narahat edən məsələlər barədə ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətinə və aidiyyəti orqanlara məlumat versinlər.






Xəbəriniz olsun

25.09.2017 - Bakıda polis homoseksualları bu səbəbdən saxlayırmış - Rəsmi açıqlama verildi

25.09.2017 - Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO

25.09.2017 - DYP bahalı "zerkalni" nömrələrin əsl qiymətini açıqladı - Fotofakt

25.09.2017 - "AAAF Park”ın rəhbərindən Zakir Fərəcova şok ittihamlar: "Torbamı tikib..."

25.09.2017 - Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!

25.09.2017 - Merkelin başçılıq etdiyi alyans qalib gəldi

25.09.2017 - Neft quyuları üstündə “buz göl” - Nazirlər uşaqlarını ölkədən niyə çıxarır?

25.09.2017 - 13 yaşlı qıza erotik mesajlar yazan “ağsaqqal”ı döyüb kameraya çəkdilər – VİDEO

25.09.2017 - Lənkəranın icra başçısı 150 minə maşın aldı, dostu bahalı nömrə hədiyyə etdi...

25.09.2017 - Ziya Məmmədovun "Hacı Məmmədov"u kimdir: İcra başçılarının patronu, erməniylə şəriklik və...

25.09.2017 - Deputat Oqtay Əsədova görə oğlunu öz toyuna buraxmadı

25.09.2017 - "Qəbələ"nin futbolçuları arasında yumruq davası - Video

25.09.2017 - Bu 8 məhsulu yeməyin, onlar xərçəng yaradır - ŞOK TƏDQİQAT

25.09.2017 - Rəfael Mehrəliyevlə Vidadi Zeynalovu bağlayan qohumluq və biznes telləri: BŞİH-nin Departament rəhbərinin ilgi ...

25.09.2017 - Şeyx sünnü-şiə problemi yaratmaqda ittiham edildi: Rafiq Əliyevdən sərt açıqlama

25.09.2017 - Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları ...

22.09.2017 - Azərbaycanda ali məktəbələrə qəbulun qaydaları tam dəyişdi – ƏLVİDA TEST

22.09.2017 - Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

22.09.2017 - Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - rəsmi

Facebook