Ziya Məmmədovun oğlu Londonda bahalı ev aldı: Qazaxıstan prezidenti ilə qonşudur - ŞOK

30 yanvar 2016
Ziya Məmmədovun oğlu Londonda bahalı ev aldı: Qazaxıstan prezidenti ilə qonşudur - ŞOKAnar Məmmədovun Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı deyilir

Tanınmış hüquqşünas Aslan İsmayılov feysbuk səhifəsində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Londonda bahalı mülk aldığı haqda məlumat paylaşıb. Hüquqşünas yazır ki, Londonun mərkəzində tikilmiş çox bahalı One Hyde Park yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur.

Təxminən 1.7 milyard dollara başa gələn dünyaca məhşur dəbdəbəli kompleksdə isə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır.

“Mənzil sahibləri arasında Ukraynanın ən varlı adamı sayılan Rinat Axmetov, Qazaxıstanın prezidenti Nursultan Nazarbayev, ərəb şeyxləri və tanınmış iş adamlarının adlarına rast gəlmək olar. Sahiblər arasında diqqətimi çəkən isə Azərbaycan büdcəsini dədə malı kimi talayan Ziya Məmmədovun oliqarx oğlu Anar Məmmədov oldu. Onun adı görkəmli sahiblər arasında xüsusi yer tutur” – deyə A.İsmayılov qeyd edir.

Məlumatda Anar Məmmədovun 1.7 milyardlıq binadan neçə kv.metr mənzil aldığı və bunun üçün nə qədər vəsit xərclədiyi qeyd olunmur. Lakin kompleks haqda bilgilər göstərir ki, hüquqşünasın məlumatı doğrudursa, Ziya Məmmədovun oğlu səhərlərini dünyanın ən məşhur və bahalı məkanında açmaq üçün onlarla milyon dollar ödəyib.

Məlumatı paylaşan hüquqşünas araşdırmaq imkanında olan jurnalistlərə çağırış edib ki, A.Məmmədovun o mənzili hansı leqal gəlirlər hesabına aldığını araşdırsınlar.

“Yəni ölkəyə gələn milyardlarla pulu mənimsədikdən sonra vətəndaşlarımızı borc burulğanına salan hakimiyyət nümayəndələrinin bundan xəbəri yoxdur?! Nə üçün Azərbaycan vətəndaşları ziyaların, anarların oğurladıqları pulların bədəlini ödəməlidir və bu azmış kimi hələ gələcək nəsillər indi götürüləcək kreditlərə cavabdeh olmalıdırlar?!” – deyə hüquqşünas sonda hakimiyyət orqanlarına ritorik suallar ünvanlayıb.

Məlumatla bağlı biz də əlavə araşdırmalar aparmağa çalışacağıq. Eyni zamanda Anar Məmmədov bununla bağlı açıqlama verər və məsələyə aydınlıq gətirərsə, onu da dərc etməyə hazırıq.
Xəbəriniz olsun

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

Facebook