Sabiq nazir müavini vəfat etdi

31 yanvar 2016
Sabiq nazir müavini vəfat etdi Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev yanvarın 30-da vəfat edib.

Modern.az xəbər verir ki, 84 yaşında dünyasını dəyişən mərhum professor dəfn edilmək üçün doğulduğu rayona - Qəbələyə aparılıb. Ailəsindən verilən məlumata görə, Xalid Əlimirzəyevin yas mərasimləri Bakı şəhərində təşkil olunacaq.

Modern.az-ın məlumatına görə, Xalid Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.

X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının akademikidir. 15 monoqrafiya və kitabın, 500-dən artıq elmi-publisistik məqalənin müəllifidir. O, milli azadlıq hərəkatının fəal üzvlərindən biri olub. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib.

2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getdiyini bəyan edib.

X.Əlimirzəyev 1974-cü ildən bu günə kimi BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi.

Bədii yaradıcılıqla da məşğul olan Xalid Əlimirzəyev bir çox hekayə, povest və dram əsərinin də müəllifidir. Onun pyesləri Akademik Dram Teatrında və başqa teatrların səhnələrində tamaşaya qoyulub. Seçilmiş bədii əsərlərdən ibarət «Bələdçi» adlı (600 səh. həcmində) kitabı çapdan çıxıb.
Xəbəriniz olsun

25.09.2017 - Bakıda polis homoseksualları bu səbəbdən saxlayırmış - Rəsmi açıqlama verildi

25.09.2017 - Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO

25.09.2017 - DYP bahalı "zerkalni" nömrələrin əsl qiymətini açıqladı - Fotofakt

25.09.2017 - "AAAF Park”ın rəhbərindən Zakir Fərəcova şok ittihamlar: "Torbamı tikib..."

25.09.2017 - Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!

25.09.2017 - Merkelin başçılıq etdiyi alyans qalib gəldi

25.09.2017 - Neft quyuları üstündə “buz göl” - Nazirlər uşaqlarını ölkədən niyə çıxarır?

25.09.2017 - 13 yaşlı qıza erotik mesajlar yazan “ağsaqqal”ı döyüb kameraya çəkdilər – VİDEO

25.09.2017 - Lənkəranın icra başçısı 150 minə maşın aldı, dostu bahalı nömrə hədiyyə etdi...

25.09.2017 - Ziya Məmmədovun "Hacı Məmmədov"u kimdir: İcra başçılarının patronu, erməniylə şəriklik və...

25.09.2017 - Deputat Oqtay Əsədova görə oğlunu öz toyuna buraxmadı

25.09.2017 - "Qəbələ"nin futbolçuları arasında yumruq davası - Video

25.09.2017 - Bu 8 məhsulu yeməyin, onlar xərçəng yaradır - ŞOK TƏDQİQAT

25.09.2017 - Rəfael Mehrəliyevlə Vidadi Zeynalovu bağlayan qohumluq və biznes telləri: BŞİH-nin Departament rəhbərinin ilgi ...

25.09.2017 - Şeyx sünnü-şiə problemi yaratmaqda ittiham edildi: Rafiq Əliyevdən sərt açıqlama

25.09.2017 - Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları ...

22.09.2017 - Azərbaycanda ali məktəbələrə qəbulun qaydaları tam dəyişdi – ƏLVİDA TEST

22.09.2017 - Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

22.09.2017 - Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - rəsmi

Facebook