Kamaləddin Heydərov prezidentin iradəsinə qarşı: ASAN XİDMƏT ONU NİYƏ QƏZƏBLƏNDİRİB?

31 yanvar 2016
Kamaləddin Heydərov prezidentin iradəsinə qarşı: ASAN XİDMƏT ONU NİYƏ QƏZƏBLƏNDİRİB?Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan xidmət) səlahiyyətlərinin genişlənməsi hakimiyyətin üst qatında adıçəkilən quruma qarşı gizli koalisiyanın formalaşmasına səbəb olub.

Bu haqda Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, ayrı-ayrı nazirliklərin, komitələrin və digər rəsmi strukturların səlahiyyətlərinin bir-birinin ardınca Asan Xidmətə verilməsi artıq hakimiyyət daxilində ciddi müxalifət yaradıb.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev çıxışlarında dəfələrlə Asan Xidmətin fəaliyyətini tərifləyib və qurumun göstəricilərini korrupsiyaya qarşı mübarizədə örnək göstərib. Prezident eyni zamanda Asan Xidmətin səlahiyyətlərinin bundan sonra da genişləndiriləcəyinin anonsunu verib. Bu isə öz növbəsində “çörəyi korrupsiyadan çıxan” məmurları hərəkətə gətirib. Hazırda Asan Xidmətə qarşı formalaşan koalisiyaya fövqəladə hallar naziri Kamaləddin Heydərovun rəhbərlik etdiyi bildirilir.

Koalisiyanın formalaşmasını şərtləndirən faktor isə odur ki, yuxarıda da qeyd etdiyimiz kimi prosesin bundan sonra da davam edəcəyi, bəzi nazirliklərin əhəmiyyətli funksiyalarının da ASAN xidmətin səlahiyyətlərinə veriləcəyi gözlənilir. Xatırladaq ki, indiki halda ASAN xidmətə sığorta, tibb, hüquqi yardım, tərcümə, notariat fəaliyyəti, vətəndaşlıq aktlarının dövlət qeydiyyatı, məhkumluq barədə arayışların verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu daxildir.

Lakin Asan Xidmət rəhbəri və onun hakim düşərgədəki tərəfdarları bununla kifayətlənmək istəmir. Onlar ASAN xidmətin həm bütün regionları əhatə etməsinə, həm də səlahiyyətlərinin genişləndirilməsinə çalışır.

Asan xidmətin bu inkişafı isə onu məmur-oliqarxların hədəfinə gətirib. Çünki ASAN xidmət faktiki olaraq bir çox nazirlik və komitənin- əmlak məsələləri üzrə dövlət komitəsinin, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin, daxili işlər nazirliyinin, daşınmaz əmlak və reyestr xidmətinin, Səhiyyə Nazirliyinin və digərlərinin fəaliyyət sahəsinə girib.

Son məlumatlara görə isə Asan Xidmət indi də Dövlət Gömrük Komitəsinin bir sıra səlahiyyətlərini mənimsəmək üzrədir və bu istiqamətdə işlər aparılır. Bu isə faktiki olaraq Gömrük Komitəsinə də nəzarət edən fövqəladə hallar naziri Kamaləddin Heydərovun hərəkətlənməsinə səbəb olub. Onun prezident İlham Əliyevin iradəsinə qarşı çıxamasına səbəb isə əlindəki nəzarət “rıçaqlarını” itirmək istəməməsi ilə izah oluna bilər.
Mövzuya qayıdacağıq.
Savash.org
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook