Azərbaycan ordusu da Naxçıvan maşınlarına keçir

01 fevral 2016
Azərbaycan ordusu da Naxçıvan maşınlarına keçirAzərbaycan Müdafiə Nazirliyi “NAZ-Lifan” avtomobilləri almağı planlaşdırır.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, qurum yerli istehsal olan, Azərbaycanda yığılan və quraşdırılan nəqliyyat vasitələrinə, hərbi və xüsusi texnikaların istifadəsinə daim üstünlük verir: “Son iki ildə qoşunlar Azərbaycanda hazırlanan yüksək keçidli, praktiki baxımdan sərfəli, qənaətcil və yerli iqlim şəraitinə cavab verən “MAZ”, “KamAZ” markalı təkərli avtomobil və xüsusi texnika ilə təmin olunub.

Bu texnikalar qısa müddətdə sınaqdan çıxarılıb və müsbət rəy qazanıb. Artıq 1 ildən çox müddətdir ki, qoşunlarda, həmçinin “NAZ-Lifan” markalı minik avtomobillərindən də istifadə edilir. Bu maşınlar da öz praktikliyini sübut edib”.

Məlumatda həmçinin qeyd olunur ki, yaxın vaxtlarda sərəncamdakı sıradan çıxmış, yaxud istismar müddəti bitmiş və qeydiyyatdan silinməyə hazırlanan minik avtomobillərinin yerli istehsal olan “NAZ-Lifan” maşınları ilə əvəzlənməsi nəzərdə tutulub. İlkin mərhələdə bu tip 50 avtomobilin alınması planlaşdırılır.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook