Şamaxının icra başçısı müavinindən niyə çəkinir? – ŞOK TƏFƏRRÜAT

15 dekabr 2014
Şamaxının icra başçısı müavinindən niyə çəkinir? – ŞOK TƏFƏRRÜATSon zamanlar Şamaxı rayonundan daxil olan şikayət və müraciətlərin ardı-arası kəsilmir. Rayonda sosial-iqtisadi durumun digər rayonlarla müqayisədə olduqca bərbad olduğu iddia edilən həmin şikayətlərdə diqqətimizi çəkən digər nüans oldu. Belə ki, Savash.org-un elektron ünvanına daxil olan məlumatda bildirilir ki, rayondakı bu özbaşınalıq və qanunsuzluğun başında Şamaxı RİH başçısının 1-ci müavini Qasım Qasımov dayanır. Və icra başçısı Asif Ağayev müavininə söz keçirəcək gücdə deyil...

Şamaxıda bütün işlərə şəxsən rəhbərlik edən 1-ci müavinin bunca səlahiyyət və cəsarət sahibi olmasının səbəblərinə gəlincə isə mənbəmiz aşağıdakıları söyləyib: “Şamaxı RİH başçısı Asif Ağayev xaraktercə olduqca mülayim şəxdir. Digər tərəfdən isə hakimiyyət düşərgəsində ciddi dəstəkçisinin olmaması onun bir qədər ehtiyyatlı davranmasına səbəb olur. Amma RİH başçısının 1-ci müavini Qasım Qasımova gəldikdə isə vəziyyət tamamilə fərqlidir. Qasım Qasımovun Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevə yaxın şəxs olduğu bildirilir. Maraqlısı budur ki, Şamaxının sabiq icra başçısı Asif Məmmədov da elə Qasım Qasımovun güdazına gedərək vəzifəsini itiribmi. Belə ki, onların arasında açıqlamasına lüaum görmədiyimiz məlum insidentdən sonra Asif Məmmədov icra başçısı postundan uzaqlaşdırmışdı. Görünür, indiki icra başçısı Asif Ağayev də belə bir sitiuasiya ilə üzləşmək istəmədiyindən 1-ci müavininin nazı ilə oynamaq qərarına gəlib”.

Amma bütün bunlar Şamaxıda durumu hər gün dünənə nisbətən daha da pisləşdirir. Hazırda bələdiyyə seçkilərinin taleyini də məhz 1-ci müavin həll edir. Məlumatlara görə, Qasım qasımov artıq bələdiyyə üzvlərinin kimliyini indidən həll edib. Bələdiyyə üzvlərinin bəribaşdan “müəyyənləşməsi”nin isə havayı olmadığını bildirən mənbəmizin sözlərinə görə Şamaxıda bu proses əsl alver predmetinə çevrilib.

Savash.org-a daxil olan daha bir məlumatda isə bildirilir ki, yerli məmurlar və sahibkarlar artıq icra başçısından daha çox Qasım Qasımovla hesablaşırlar. Məsələn, Şamaxı bazarının sahibi Qasım Qasımova o qədər güvənir ki, o hətta icra başçısına açıq-aşkar meydan oxumaqdan belə çəkinmir. Daxil olan məlumatda bildirilir ki, bir müddət öncə vətəndaşların ənənəvi qəbulunu keçirən rayonun icra hakimiyyətinin başçısı Asif Ağayevlə bazarın müdiri arasında maraqlı polemika yaşanıb. Belə ki, icra başçısı "sən kimsən ki, vətəndaşı bazardan qovursan? Bazar heç kimin dədəsindən qalmayıb"-deyə bazar sahibinə müraciət etsə də ikinci onun sözlərinə əhəmiyyət belə verməyib. Başçının tapşırığına məhəl qoymayan “bazarkom” bazara qayıdan kimi onu gözləyən şikayətçiyə "mən qızıllarımı satıb bazar almışam, gedin başçıya deyin, sizə canı yanırsa, o da yığdığı qızılı satıb yer alıb sizə versin" deyib.
Mövzuya qayıdacağıq.
Xəbəriniz olsun

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

15.11.2018 - Azərbaycanda nazir xalası qızını Qocalar Evinə yerləşdirdi - FOTO

15.11.2018 - Deputatlardan AzTV və İTV-yə ittiham: "Bizi elə qələmə verirlər ki..."

15.11.2018 - Tramp məmuru Ağ Evdən qovdu

15.11.2018 - Qarabağ əlili: “Böyrəyimi satıb, “Bank of Baku”ya borcu verməliyəm…”

15.11.2018 - Bakıda qətl: Qadın kirayədə qaldığı evdə öldürüldü

15.11.2018 - Əli Həsənovla bağlı şok iddia: milyard manat mənimsəyib - "Qaçqınkom" müdhiş maxinasiyanın üstü açılıb

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

Facebook