Səməd Seyidov Milli Məclisə çəliklə gəldi

01 fevral 2016
Səməd Seyidov Milli Məclisə çəliklə gəldiMilli Məcliisn deputatı Səməd Seyidov Azərbaycanın Avropa Şurası Parlament Asssambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri postundan uzaqlaşdırıldığı barədə yayılan xəbərləri təkzib edib.

Modern.az saytının məlumatına görə, S.Seyidov bildirib ki, o, ayağında yaranmış problemlə əlaqədar AŞPA-nın qış sessiyasına gedə bilməyib. Buna görə də nümayəndə heyətinə müvəqqəti olaraq deputat Vüsal Hüseynov rəhbərlik edib.

"Nümayəndə heyətinin rəhbəri və üzvləri təsdiqlənib. Mən nümayəndə heyətinin rəhbəri olaraq qalıram. Bəzi KİV-lərdə mənim Azərbaycanın Avropa Şurası Parlament Asssambleyasındakı nümayəndə heyətinin rəhbərliyindən uzaqlaşdırıldığım haqda yazılanlar tamamilə yalandır.

Düzdür, AŞPA-nın qış sessiyasında iştirak etməmişəm. Bu da səhhətimdə yaranan problemlərlə əlaqədardır. Lakin mətbuatda yazıldığı kimi kənarlaşdırılma, hansısa məktubda nələrisə yazmamğım, Ermənistanın məktublardan istifadə etməsi və digər məlumatların hamısı həqiqətə uyğun deyil".

S.Seyidov onu da vurğulayıb ki, Azərbaycanın Avropa Şurası Parlament Asssambleyasındakı nümayəndə heyəti qış sessiyasında yüksək səviyyədə işləyib.

Qeyd edək ki, ayağındakı problemlə əlaqədar axsayan Səməd Seyidov Milli Məclisin bugünkü iclasına əsa ilə gəlib.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook