Baş redaktor avtomobilini generalın qardaşı oğluna bağışladı

01 fevral 2016
Baş redaktor avtomobilini generalın qardaşı oğluna bağışladıFikrət Fəraməzoğlu: «Bir həftə sonra maşını kreditdən çıxarıb, onu Aqil Zeynalovun adına keçirəcəm»

JAM.AZ-ın baş redaktoru bu gün sahibi olduğu avtomobilini Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşı oğluna bağışlamağı qərarına gəlib. Bu barədə baş redaktor özü açıqlama verib.

Fəraməzoğlunun belə bir addım atmasına səbəb avtomobilinin mütəmadi olaraq evekuatorla şəhərin müxtəlif yerlərindən cərimə medançalarına aparılmasıdır. Bu gün növbəti dəfə analoji hadisə baş verdikdən sonra JAM.AZ-ın rəhbəri qərara alıb ki, daha avtomobilini cərimə meydançasından çıxarmasın və onu elə evekuator xidmətini həyata keçirən «Evekuasiya.az» şirkətinin rəhbəri Aqil Zeynalova bağışlasın. «Avtomobilimi park edilmək üçün nəzərdə tutulmuş yerlərdə saxladığım halda belə onu cərimə meydançasına aparırlar. Bu gün Səməd Vurğun bağının yaxınlığında nəzərdə tutulmuş yerdə saxlamışdım. 15 dəqiqə sonra gəldikdə avtomobilimi yerində görmədim. Məlum oldu ki, onu evekuator vasitəsi ilə Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasına aparıblar. Ora getdim, polis kapitanı üzümə belə baxmadan 40 manat ödəməyim barədə xəbərdarlıq etdi. Bildirdi ki, həmin pulun 20 manatı BDYPİ-nin hesabına, 20 manatı isə evekuator xidmətinə görə ödənilməlidir. Mən də orada qərara aldım ki, həftədə bir neçə dəfə təkrarlanan bu olaydan sonra avtombilimi Evekuasiya.az şirkətinin rəhbəri Aqil Zeynalova bağışlayım. Çünki hər həftə bir neçə dəfə onun xeyrinə 20 manat köçürürəmsə, bu işi birdəfəlik həll edim».

Fikrət Fəraməzoğlu daha sonra bildirib ki, Aqil Zeynalovun şirkəti devalivasiyadan sonra xeyli azğınlaşıb. «Belə başa düşürəm ki, bu adam general əmisinə güvənərək, özbaşınalıqla məşğul olur. Nəzərimcə, son devalivasiyadan sonra gəlirləri azalan şirkət rəhbəri, zərərlərini camaatın cibindən çıxarmağa üstünlük verir. Bu artıq heç bir qaydaya, qanuna sığmır. Bu özbaşınalıq da deyil. Nədirsə başqa bir şeydir».

Baş redaktor onu da qeyd edib ki, hələlik avtomobili kreditdə olduğu üçün onu generalın qardaşı oğlunun adına keçirə bilmir. «Amma bir həftə içində kreditlə bağlı məsələni həll etdikdən sonra BDYPİ-də maşını Aqil Zeynalovun adına keçirəcəm. Başqa çıxış yolu da görmürəm. Bununla həftədə bir neçə dəfə 40 manat ödəməkdən canım qurtaracaq. Həm də Aqil Zeynalov avtomobilimdən öz məqsədləri üçün istifadə edərək, yararlana biləcək».
.
Xatırladaq ki, "Evakuasiya.az" şirkəti "İsuzi" markalı evakuatorlar (üzərinə 156 yazılan) vasitəsi ilə maşınları meydançalara aparır. Sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir.

Vergilər Nazirliyinin saytında "Evakuasiya.az" MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.

Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: "Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır".

Qarşı tərəfi də dinləməyə hazırıq.
Xəbəriniz olsun

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

Facebook