Bakıda saxta dollar satanlar tutuldu

01 fevral 2016
Bakıda saxta dollar satanlar tutulduDaxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən virtualaz.org-a bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Emin Abuşov 796 ədəd 100 dollarlıq saxta əskinası 49 min manata satmaq istəyərkən saxlanılıb. Aparılmış tədbirlərlə ona saxta əskinasların Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

Faktla bağlı BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.

Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook