“Aztelekom”da kürsü savaşı: Məhəmmədovun gizli varisi Zahir Vəliyevə qarşı

01 fevral 2016
“Aztelekom”da kürsü savaşı: Məhəmmədovun gizli varisi Zahir Vəliyevə qarşıZahir Vəliyevin "Aztelekom" İB-nə direktor gəlmək planlarından xəbərdar olan Məhəmməd Məhəmmədov bundan çox qəzəblənib və Emil Rzayevə hərəkətə keçmək təlimatı verib

"Aztelekom" sədri Məhəmməd Məmmədovun həbs edilməsindən sonra qurumun yeni direktorunun kim təyin ediləcəyi hələdə öz gündəmini saxlayır. Bəziləri "Aztelekoma" kənar bir təşkilatdan rəhbər gətiriləcəyini, bəziləri isə təşkilatın öz içindən bir nəfəri direktor olacağını iddia edirlər.

Bu barədə AzFakt.com saytına ilginc məlumat daxil olub. Saytımıza "Aztelekom" İB-dən daxil olan məlumata görə qurumun direktor vəzifəsi və təşkilatda öz yerlərini gücləndirmək uğrunda qurum daxilində ciddi şəkildə mübarizə başlayıb və hazırda "Aztelekom" İB-nin aparıcı kadrları iki yerə parçalanıblar. Qruplaşmaların heç birində yer almaq istəməyən işçilər isə çətin vəziyyətdə qalıblar. Çınki "Aztelekom" İB-də baş alıb gedən intriqalar onların normal fəaliyətinə yumşaq desək, mane olur.

AzFakt.com saytını məlumatlandıran mənbənin bildirdiyinə görə hazırda qruplaşmaların birinə "Aztelekom" İB-nin direktor əvəzi Zahir Vəliyev, digər qruplaşmaya isə, hal-hazırda "MTN işi"nə görə həbsdə olan "Aztelekom" İB-nin sabiq direktoru Məhəmməd Məhəmmədovun ən yaxın adamlarından sayılan, "Aztelekom" İB YAP Gənclər təşkilatının sədri Emil Rzayev başçılıq edir. Mənbənin iddiasına görə Emil Rzayev "Aztelekom" İB-nə Məhəmməd Məhəmmədovun xeyirduası və köməyi ilə gəlib. Qurumda direktorun göz və qulaqlarından biri olan Emil Rzayev hətta Məhəmmədovun gizli varisi kimi tanınıb. Emin Rzayevin Məhəmməd Məhəmmədovun oğlu və qardaşı oğlanları ilə yaxın dost olduğu bildirilir.

Mənbə bildirir ki, Emil Rzayev Məhəmməd Məhəmmədovun həbsindən sonra kölgəyə çəkilmişdi. Lakin yeni nazir təyin olunduqdan sonra Məhəmməd Məhəmmədovdan gələn təlimat üzərinə hərəkətə keçib. Qeyd olunur ki, Zahir Vəliyevin "Aztelekom" İB-nə direktor gəlmək planlarından xəbərdar olan Məhəmməd Məhəmmədov bundan çox qəzəblənib və Emil Rzayevə hərəkətə keçmək təlimatı verib. Həmçinin mənbənin iddasına görə Zahir Vəliyev haqqında mətbuata kompramatlar ötürülməsi də Məhəmməd Məhəmmədovun təlimatından sonra başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Zahir Vəliyev haqqında kompramat məlumatlar dərc olunub. Həmin məlumatlarda göstərilirdi ki, Zahir Vəliyevin 4 mərtəbəli villası, oğlunun isə ov üçün aldığı 200 minlik maşını var. Zahir Vəliyev Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də "Aztelekom" İB-nin «qara kassası» kimi də tanınırmış. Həmçinin qeyd olunurdu ki, «DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdə Zahir Vəliyevin oğlu Tariyel Vəliyevi payçı olaraq çıxış edir . İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Hətta onun maşınlarının fotolarıda mətbuatda dərc olunmuşdu.

Mənbənin AzFakt.com saytına bildirdiyinə görə hazırda "Aztelekom" İB-də vəziyyət heç də ürək açan deyil. İntriqalar və iki qruplaşma arasında mübarizə hər gün daha da böyüyür. İstər Zahir Vəliyevin adamları, istərsə də, Emil Rzayevin adamları yeni nazirə çıxış əldə etməyə çalışmaqla yanaşı, "Aztelekom" İB-nin aparıcı mütəxəssislərini öz ətraflarına çəkmək üçün müxtəlif intriqalara gelirlər ki, bu da müəssisədə sağlam iş atmosferinə ciddi ziyan vurur.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook