Doğum evi müdirinin tikdirdiyi villa – Fotolar

04 fevral 2016
Doğum evi müdirinin tikdirdiyi villa – FotolarBu gün ölkənin bütün xəstəxanalarında rüşvətxorluq, özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır və ya bunun üçün zəmin hazırlayır. Elə buna görədir ki, insanlarımız dərdlərini sağaltmaq üçün xarici ölkələrə üz tuturlar. Belə tibb ocaqlarından biri də Beyləqan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsidir.

Bu barədə rekdaksiyamıza maraqlı məlumat daxil olub. 10 ilə yaxındır ki, şöbənin müdiri vəzifəsini tutan Leyla Ağalarovanın sərvətənin sayı-hesabı bilinmir. Bütün bunları isə doğum evinin imkanları hesabına əldə edib. Hətta bu yaxınlarda Leyla Ağalarovanın mənzilindən 70 min manat dəyərində qızıl-ziynət əşyaları oğurlanıb.

Məlumat verən mənbə iddia edir ki, Leyla Ağalarova qanunsuz abortlardan böyük pullar qazanır. Bildirilir ki, doğum şöbəsində həkimlərin səhlənkarlığı səbəbindən ana və uşaq ölümlərinin sayı hər ötən il bir az da atır.

Leyla Ağalarova doğum şöbəsindən qazandığı milyonlar hesabına Beyləqanda özünə villa tikdirib. Həmin villanın fotolarını təqdim edirik.

Qeyd edək ki, Leyla Ağalarova təkcə Beyləqanda özünə villa tikdirməyib. Onun Bakıda da bir neçə villasının olduğu bildirilir.JAM.az
Doğum evi müdirinin tikdirdiyi villa – Fotolar
Xəbəriniz olsun

16.07.2018 - Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

16.07.2018 - Tramp Putinlə görüşmək üçün Finlandiyaya getdi

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

Facebook