Həbsdəki MTN generalı danışmaqdan imtina edir - İSTİNTAQ GİZLİNLƏRİ

Xatırladaq ki, E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun bu həbsi müəyyən qədər gözlənilməz olmuşdu. Çünki Eldar Mahmudovun vəzifəsindən azad olunması və MTN ətrafında baş verən hadisələrdən sonra E.Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilmişdi. Bu təyinat belə bir fikir formalaşdırmışdı ki, hansısa səbəbdən bu generalın həbs olunmaması barədə qərar verilib. Baxmayaraq ki, onun müavini İlqar Əliyev elə ilk dalğada həbs olunmuşdu, Antiterror Mərkəzinin adı isə MTN cinayətlərində qırmızı xətlə keçirdi.Lakin elə həmin İlqar Əliyevin Kürdəxanı təcridxanasında müəmmalı intiharından bir neçə gün sonra Elçin Quliyev də həbs olundu.
Bəzi mənbələr E.Quliyevin gözlənilməz həbsini Eldar Mahmudovun həbsinə hazırlıq kimi dəyərləndirmişdilər. Belə iddialar var idi ki, məhz E.Quliyevin ifadəsi əsasında sabiq nazir həbsə atılacaq. Lakin belə görünür ki, E.Quliyev hələlik dirəniş göstərir və ifadə vermir.
Qeyd edək ki, yaxın günlərdə Eldar Mahmudovun vəzifəsindən azad olunmasından dərhal sonra MTN-də başlayan istintaq və həbslərin 4 ayı tamam olacaq. İndiyədək 20-dən artıq general və yüksək rütbəli zabit həbs olunub, onların əksəriyyəti barəsindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Çox böyük ehtimalla, yaxın günlərdə onların həbs müddətləri uzadılacaq. Çünki istintaqın belə qısa zamanda işini yekunlaşdıracağı inandırıcı deyil.
24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama
24.04.2018 - MSK üzvləri mükafatlandırılır
24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək
24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO
23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”
23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub
23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR
23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi
23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi
23.04.2018 - Serj Sərkisyan istefa verdi: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"
23.04.2018 - Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO
23.04.2018 - Etiraz aksiyaları Yerevanın eyni zamanda bir neçə yerində keçirilir