Vergilər Nazirliyində növbəti vəzifə bölgüsü

08 fevral 2016
Vergilər Nazirliyində növbəti vəzifə bölgüsüFazil Məmmədovun islahatları davam edir.

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Savash.org Report-a istinadən xəbər verir ki, vergilər naziri Fazil Məmmədovunəmri ilə vergi xidməti müşaviri Elçin Bəylər oğlu Bəylərov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinə yeni rəis təyin edilib.

Vergilər nazirinin digər əmrinə əsasən, Daxili təhlükəsizlik Baş İdarəsi və informasiya texnologiyaları və proqram təminatı şöbəsinə birbaşa olaraq nazir nəzarət edəcək.

Nazir müavini Sahir Məmmədxanov Hüquq Baş İdarəsi, Maliyyə-təsərrüfat İdarəsi, İnsan resursları İdarəsi və mühasibat uçotu şöbəsinə nəzarət edəcək.

Nazirin digər müavini Sahib ƏIəkbərovun nəzarətinə isə Nazirliyin Aparatı, Vergi ödəyicilərinə xidmət Baş İdarəsi və analitik-informasiya şöbəsi verlib.

F.Məmmədovun digər əmri ilə büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri təyin edilən Habil Məmmədov həm də Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin fəaliyyətini kuratorluq edəcək.

Nazirin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədova isə Vergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyətinin tənzimlənməsi tapşırılıb.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook