Dilqəm Əsgərov Şuşa türməsində tanınmaz hala düşüb

11 fevral 2016
Dilqəm Əsgərov Şuşa türməsində tanınmaz hala düşüb“Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Dilqəmin şəklini mənə göstərdilər. Hələ də özümə gələ bilmirəm. Qardaşım tanınmaz hala düşüb”

Bunu azvision.az-a ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib.

O, Dilqəm Əsgərovun ailəsinə məktub göndərdiyini bildirib.

“Bir ay 20 gündən sonra Dilqəmdən məktub aldıq. Dilqəm məktubda uşaqlarını görmək istədiyini yazıb. Qardaşım məktubda ailəsi ilə “Skype” vasitəsilə danışmaq, onlarla söhbət etmək istədiyini qeyd edib. Dilqəm bütün məktublarında olduğu kimi hamıya salamlarını çatdırıb”.

Qardaşının sözlərinə görə, D.Əsgərov məktubda səhhətində ciddi problemin olmadığını bildirib.

“Dilqəm səhhətinin yaxşı olduğunu desə də, onun vəziyyəti heç də yaxşı deyil. Şəklini görəndə dəhşətə gəldim, qardaşımı tanıya bilmədim. Düşmən əlində olmaq ağır dərddir”, - deyə S.Musayev vurğulayıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Qanunsuz “məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook