General Məhərrəm Əliyevin adam döyən qohumunun həbsxanada süpürgə ilə fotoları yayıdı

11 fevral 2016
General Məhərrəm Əliyevin adam döyən qohumunun həbsxanada süpürgə ilə fotoları yayıdıBir qrup idmançı ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini yerinə yetirən şəxsləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb.

İza Əzizov dostları ilə 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində yerləşən AZPETROL yanacaqdoldurma stansiyasına gəlib. YDM əməkdaşından avtomobilə yanacaq vurmağı xahiş edəndən sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100 manatlıq əskinas uzadıb.

Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və onu gözləməyi xahiş edib. Bu cavab Bentley-nin sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc oğlanla sözləşməyə başlayıblar.

Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin mühafizəçisi Sadiq Bağırov maşına yaxınlaşıb və işin nə yerdə olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş edib ki, əməkdaş pulu xırdalaya bilsin. Nədənsə bu cavab xuliqanları özündən çıxarıb və onlar avtomobildən çıxaraq mühafizəçini müşahidə kameralarının olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli Prado yaxınlaşıb. Onun içindən bir neçə nəfər idmançı bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi şəkildə döyməyə başlayıblar.

Həmin vaxt yoldan keçən vətəndaşlardan bəziləri dalaşanları ayırmağa cəhd etsələr də, özləri də azğınlaşmış qoluzorlulardan nəsiblərini alıblar. Lakin kütləvi dava xuliqanlara az görünüb və Bentley-nin sürücüsü maşının yanına qayıdaraq, oradan silah götürüb və hamını güllələyəcəyi ilə hədələməyə başlayıb. Dostlarından biri silahı onun əlindən almağa müvəffəq olub. Bundan sonra da Bentley-nin sakitləşmək bilməyən sahibi POS-terminalı qopararaq onunla mühafizəçi Sadiq Bağirovun başına zərbələr endirib. Hadisənin baş qəhrəmanı general Məhərrəm Əliyevin qohumu İsa Əzizov olub.

Araşdırma vaxtı bizə bir fakt da məlum olub. Məhz bu idmançı qrupu ötən ilin may ayında Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş. Ötən ilin may ayındakı hadisədən sonra İsa Əzizovun barəsində CM 221-ci maddəsi üzrə (xuliqanlıq) cinayət işi qaldırılmışdı. Sonuncu hadisəyə görə isə, Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. /serhed.info/
General Məhərrəm Əliyevin adam döyən qohumunun həbsxanada süpürgə ilə fotoları yayıdı
General Məhərrəm Əliyevin adam döyən qohumunun həbsxanada süpürgə ilə fotoları yayıdı
General Məhərrəm Əliyevin adam döyən qohumunun həbsxanada süpürgə ilə fotoları yayıdı
General Məhərrəm Əliyevin adam döyən qohumunun həbsxanada süpürgə ilə fotoları yayıdı
General Məhərrəm Əliyevin adam döyən qohumunun həbsxanada süpürgə ilə fotoları yayıdı
General Məhərrəm Əliyevin adam döyən qohumunun həbsxanada süpürgə ilə fotoları yayıdı
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook