Bakıda "donuz qripi"ndən ölən var - ŞOK VİDEO

11 fevral 2016
Bakıda "donuz qripi"ndən ölən var - ŞOK VİDEOBakının Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında doğuşdan sonra ölən Beyləqan rayon Nil qəsəbəsi sakini, 30 yaşlı Elnurə Xanalıyevanın yaxınları mətbuata açıqlama verib.
Savash.org “Region TV”yə istinadən xəbər verir ki, xəstənin yaxınlarının sözlərinə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir neçə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Onlar iddia edirlər ki, xəstəni yoxlamadan qeysəriyə əməliyyatı ediblər.
Mərhumun dayısı Etibar Xanalıyev bildirib ki, E.Xanalıyevanı başqa xəstəxanaya aparmağa imkan verməyiblər: “Bizi qoymadılar, uşağımızı başqa özəl xəstəxanaya aparaq. Mərhum nəfəs almaqda çətinlik çəkirdi. Yoldaşı Sabunçu xəstəxanasına gətirdi ki, həkimlər onu müayinə etsinlər. Yəni, doğuşa görə xəstəxanaya gəlməmişdi. Həkimlər qərar veriblər ki, xəstə qeysəriyə əməliyyatı olunmalıdır və uşaq götürülməlidir. Bu zaman ağciyərində problem yaranıb və xəstə komaya düşüb. İki gün xəstə süni nəfəs aparatına bağlanıb. Sonra qəfil dünyasını dəyişib”.
Mərhumun digər bir yaxınının sözlərinə görə, o, sətəlcəm imiş: “Bu insan sətəlcəmdir, 1-2 dənə “başdangetdi” müalicə yazıb göndəriblər. Deyib ki, həkim, ölürəm, məni burada saxla. Həkim də deyib ki, heç nə olmaz, müalicə alacaqsan, keçib gedəcək. Qızın evdə halı pisləşib, təzədən qaytarıblar xəstəxanaya. Ailəsinə heç nə demədən əməliyyat ediblər. Uşağı istəmirik, ananı verərdilər bizə”.
Mərhumun anası isə xəstəxanada qızının “donuz qripi” olduğunu iddia etdiklərini dilə gətirib: “Mənim uşağımda “donuz qripi” olduğunu dedilər, halbuki analizi tərtəmiz idi. Niyə öldürdülər mənim balamı? Onun 3 uşağını kim saxlayacaq?”
Xəstəxanadan isə bildirilib ki, qadına bütün lazımi yardım göstərilib. Uşaq sağ olsa da, ananın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxananın baş həkimi Fikrət Zeynalov aparılacaq araşdırmalardan sonra açıqlama verəcəyini bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova qeyd edib ki, yalnız fakt araşdırıldıqdan sonra nazirlik tərəfindən məsələyə münasibət bildiriləcək.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook