Prezident İlham Əliyevin tapşırıqları Füzuli rayonunda uğurla icra olunur - FOTOLAR

12 fevral 2016
Prezident İlham Əliyevin tapşırıqları Füzuli rayonunda uğurla icra olunur - FOTOLARPrezident cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdan irəli gələn tapşırıqların yerlərdə icrasını təmin etmək məqsədilə Füzuli rayonunda aidiyyəti tədbirlər görülməyə başlamışdır.

Prezident cənab İlham Əliyevin konfransda səsləndirdiyi tapşırıqların yerlərdə icrasını həyata keçirmək məqsədilə rayonun iş adamları, fermerlər və məcburi köçkünlərlə görüşlər keçirilmiş, cəbhə bölgəsində sahibkarlığın inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, rayona sərmayələrin cəlb edilməsi məsələləri müzakirə olunmuşdur. Müzakirələr zamanı aqrar rayon olan Füzulidə sahibkarların, məcburi köçkünlərin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının birinci əldən satışını təşkil etmək üçün kənd təsərrüfatı məhsullarının satışı mərkəzlərinin yaradılması təklif olunmuşdur. Rayon İcra Hakimiyyəti Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların icrasını təmin etmək, həmçinin əhalinin tələbini nəzərə alaraq məcburi köçkünlərin sıx məskunlaşdıqları Beş Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satışı bazarının təməl qoyma mərasimini keçirmişdi.

Prezident İlham Əliyevin tapşırıqları Füzuli rayonunda uğurla icra olunur - FOTOLARMərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun aidiyyəti idarə,müəssisə, təşkilatları, sahibkarlar, fermerlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Mərasimdə çıxış edən Alı Alıyev Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluq problemlərinin həlli ilə bağlı tapşırıqlarına uyğun olaraq rayonda bir sıra tədbirlər görüldüyünü, cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə tikilib istifadəyə verilmiş 5 Zobucuq qəsəbəsində və ətraf kəndlərdə yaşayan 2500-dən artıq ailənin məşğulluğunu artırmaq və onların yetişdirdikləri müxtəlif növ kənd təsərrüfatı məshsullarının birinci əldən satışını təşkil etmək məqsədilə Zobucuq qəsəbələrinin mərkəzi hesab olunan ərazidə kənd təsərrüfatı məhsullarının satış mərkəzinin yaradılmasının qərar alındığını bildirdi. Alı Alıyev təməli qoyulan bazarın qısa müddət ərzində tikilib istifadəyə veriləcəyini Zobucuq qəsəbələrində və ətraf kəndlərdə yaşayan məcburi köçkünlərin yetişdirdikləri məhsullarını burda birinci əldən sata biləcəklərini vurğuladı. Alı Alıyev bu cür bazarların yaxın günlərdə Qayıdış qəsəbələrində və Horadiz şəhərində də təməlinin qoyulacağını qeyd etdi.

Prezident İlham Əliyevin tapşırıqları Füzuli rayonunda uğurla icra olunur - FOTOLARAlı Alıyev rayonda iqtisadiyyatın inkişaf etdirilməsi, ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələlərinə də toxunub. Bildirib ki, rayonda kənd təsərrüfatı və sahibkarlıq daha da inkişaf etdirilməli, məcburi köçkünlər həyatyani və pay torpaqlarında səmərəli istifadə etməlidirlər.

Prezident İlham Əliyevin tapşırıqları Füzuli rayonunda uğurla icra olunur - FOTOLARQəsəbədə məskunlaşan məcburi köçkünlər çıxış edərək dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, pulsuz qaz, su və işıqla təmin edildiklərini, bütün kommunal qayğılarının həll olunduğunu bildirmişlər. Onlar göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qəsəbə sakinləri təməli qoyulan kənd təsərrüfatı məhsullarının satış mərkəzinin məhz məcburi köçkünlər üçün salınan Zobucuq qəsəbəsində yaradılmasını da ölkə başçısının onlara olan növbəti diqqət və qayğısı kimi dəyərləndiriblər.
Xəbəriniz olsun

25.09.2017 - Bakıda polis homoseksualları bu səbəbdən saxlayırmış - Rəsmi açıqlama verildi

25.09.2017 - Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO

25.09.2017 - DYP bahalı "zerkalni" nömrələrin əsl qiymətini açıqladı - Fotofakt

25.09.2017 - "AAAF Park”ın rəhbərindən Zakir Fərəcova şok ittihamlar: "Torbamı tikib..."

25.09.2017 - Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!

25.09.2017 - Merkelin başçılıq etdiyi alyans qalib gəldi

25.09.2017 - Neft quyuları üstündə “buz göl” - Nazirlər uşaqlarını ölkədən niyə çıxarır?

25.09.2017 - 13 yaşlı qıza erotik mesajlar yazan “ağsaqqal”ı döyüb kameraya çəkdilər – VİDEO

25.09.2017 - Lənkəranın icra başçısı 150 minə maşın aldı, dostu bahalı nömrə hədiyyə etdi...

25.09.2017 - Ziya Məmmədovun "Hacı Məmmədov"u kimdir: İcra başçılarının patronu, erməniylə şəriklik və...

25.09.2017 - Deputat Oqtay Əsədova görə oğlunu öz toyuna buraxmadı

25.09.2017 - "Qəbələ"nin futbolçuları arasında yumruq davası - Video

25.09.2017 - Bu 8 məhsulu yeməyin, onlar xərçəng yaradır - ŞOK TƏDQİQAT

25.09.2017 - Rəfael Mehrəliyevlə Vidadi Zeynalovu bağlayan qohumluq və biznes telləri: BŞİH-nin Departament rəhbərinin ilgi ...

25.09.2017 - Şeyx sünnü-şiə problemi yaratmaqda ittiham edildi: Rafiq Əliyevdən sərt açıqlama

25.09.2017 - Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları ...

22.09.2017 - Azərbaycanda ali məktəbələrə qəbulun qaydaları tam dəyişdi – ƏLVİDA TEST

22.09.2017 - Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

22.09.2017 - Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - rəsmi

Facebook