Xaləddin İsgəndərovun “Təmiz Binəqədi”sində kazino şəbəkəsi

16 fevral 2016
Xaləddin İsgəndərovun “Təmiz Binəqədi”sində kazino şəbəkəsiKazino fəaliyyətinə “icazə almaq” üçün Vüsal Rzayev 100 min manat verməli olub

Bu gün Bakıda qumarxanalar fəaliyyət göstərir. Bu qumarxanalar qanunla qadağan olunsada öz işindədir. Xalqın qanın souran işbazlar bu qumarxanalarda necə necə vətəndaşın ciblərini soyaraq yola salıb. Belə qumarxanalardan biridə Binəqədi rayonunda yerləşir. Ayna Sultanovanın heykəlinin arxasında yeni tikilmiş binanın 1 – ci mərtəbəsində “Kontakt” mağazasına bitişik Avto Cars reklamlı obyektdə şıdırğı qumarxana fəaliyyət göstərir. Bu da qumar biznesindən olan işbazların təzə fırıldağıdır. Lakin görəsən Binəqədi rayon polis şöbəi hara baxır? Bu işbazlar onlarında maraqlarını təmin edirlər?

Onu da bildirək ki, bu Binəqədi rayonunda aşkarlanan ilk qumarxana deyil. Xatırladaq ki, məhz medianın sayəsində Binəqədi rayonu, 7-ci mikrorayon, 1260- cı keçid, 69 a ünvanında VİP CLUB-da gizli kazino aşkar olunmuşdu. Həmin kazinoda açıq şəkildə loto oynayırlar. Bu məkanla cumhuriyyet.az-a daxil olan məlumata görə həmin “lotoxana” “RİAD” Təhlükəsizlik xidmətinin əməkdaşı, bir neçə il əvvəl A.R CM-nin 234.1 maddəsi ilə məhkum olunan Vüsal Rzayev adlı şəxsə məxsusdur. Kazino fəaliyyətinə “icazə almaq” üçün Vüsal Rzayev 100 min manat verməli olub.

Məlumata görə, VİP CLUB-un sahibi Vüsal Rzayevin belə bir icazə alması üçün 100 min manat xərcləməsi ilkin ödəmə olub. Belə ki, bununla bağlı problem ortaya çıxacağı təqdirdə, daha əlavə vəsaitə gərək olacağı şərti kəsilib. Elə bu səbəbdəndir ki, VİP Club-un rəhbərliyi məsələnin mətbuata çıxmasından dolayı Binəqədi İcra Hakimiyyətindəki adamına daha 100 min ödəməli olub.Binəqədi rayonunda yeni qumarxana aşkar olundu.

Bundan başqa bildirək ki, Binəqədi rayonu 6- cı mikrorayon, Svetlana Məmmədova küçəsi, 203 b binanın qarşısında və 79 saylı MKTŞ-nin, 7- ci polis bölməsinin 10/2 və 10/3 məntəqəsinin qabağında yerləşən “Həyat Kafe” adlı yerdə kazino fəaliyyəti göstərməsi barədə məlumat daxil olmuşdur. Məlumatı dəqiqləşdirmək üçün jurnalistlər hadisə yerinə baş çəkiblər və orda çəkiliş apararaq kazinonun fəaliyyət göstərdiyi dəqiq tarixi və saatı lentə alıblar. Ən çox narahatçılıq hissi doğuran odur ki, Binəqədi RPİ-nin 7-ci polis bölməsinin iki sahə inspektorunun həmin ərazidə məntəqəsi yerləşsə də, onlar kazinonun fəaliyyətinə göz yumurlar.

Əməkdaşların hadisə yerindən apardığı videoçəkilişdən açıq -aydın görünür ki, həmin kafe kazino kimi fəaliyyət göstərir. Çəkilişdən bəlli olur ki, müştəri kazinonun kassadan aldığı pin kod biletini kompüterdə 46-62-32-38-03-76-80 rəqəmlərini yığmaqla kafedə qumar oyunlarına qoşula bilər. Məlumata görə, adıçəkilən qanunsuz qumarxana Zakir Rüstəmov adlı şəxsə məxsusdur.

Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq. (cumhuriyyet.az)
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook