Rusiyanın məxfi kəşfiyyat təyyarəsi Azərbaycan sahillərindən uçub Suriyaya getdi

17 fevral 2016
Rusiyanın məxfi kəşfiyyat təyyarəsi Azərbaycan sahillərindən uçub Suriyaya getdiRusiyanın indiyədək barəsində indiyədək heç bir informasiya olmayan məxfi kəşfiyyat təyyarəsi Xəzər dənizinin üzərindən uçaraq Suriyadakı Hmeyim aviabazasına yerə enib.

Virtualaz.org xəbər verir ki, bu faktı rusiyalı aviasiya eksperləri üzə çıxarıblar. Təyyarələrin marşrutunu online rejimdə izləməyə imkan verərn Flightradar24 resursunun qeydə aldığı fakta görə məxfi təyyarə fevralın 15-də axşam Hmeyim aviabazasında yerə enib.

Tu-214P markalı təyyarənin Suriyaya göndərildiyi haqda “Strategiya və texnologiyaların analizi Mərkəzi”nin internet bloqunda məlumat verilib. “ Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus kompleks kəşfiyyat təyyarəsi Tu-214P (qeydiyyat nömrəsi RF-64514, zavod nömrəsi 42305014, seriya nömrəsi 514) Suriya ərəb respublikasında yerə enib”-məlumatda deyilir.

Flightradar24 təyyarənin Kazan aviasiya zavodunun aerodromundan havaya qalxdığını, Xəzər dənizinin üzərindən keçdiyini və Hmeyim aviabazasına endiyini qeydə alıb. Ekspertlər bu məxfi təyyarə barədə bəzi məlumatları da paylaşıblar. Bildirilir ki, RF-64514 bort nömrəli Tu-214P Rusiya Hava-Kosmik Qüvvələrinin sifarişi ilə Kazan aviasiya zavodunda yığılmış ikinci belə kəşfyyat təyyarəsidir. Təyyarə 2015-ci ilin sonlarında Hava Kosmik Qüvvələrinə təhvil verilib.

Təyyarənin üzərində iş 2002-ci ildən gedirmiş. İlk Tu-214P təyyarəsi 2009-cu ilin dekabrında Kazandan havaya qalxıb və indiyədək sınaq proqramını davam etdirir. Bundan əvvəl fevralın əvvəllərində Rusiyanın Hmeyim aviabazasına özünün ən yeni Su-35 təyyarələrini göndərmişdi.

Flightradar24 resursunun qeydə aldığı marşrutdan məlum olur ki, təyyarə Xəzər dənizi üzərindən Azərbaycan sahillərinə çox yaxın uçub. Lakin təyyarənin Azərbaycanın hava sahəsinə daxil olub-olmadığı məlum deyil. Xəzər dənizi üzərindən keçdikdən sonra təyyarə İran və İraqın hava sahəsindən keçib, daha sonra Suriyaya daxil olub. Xatırladaq ki, bundan əvvəl Rusiya bombardmançıları və qırıcıları da Suriyaya uçarkən Azərbaycanın hava məkanından istifadə etmişdi.
Xəbəriniz olsun

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

Facebook