Azərbaycan dilinin qrammatikası dəyişə bilər

17 fevral 2016
Azərbaycan dilinin qrammatikası dəyişə bilərAzərbaycan dilinin qrammatikası yeni variantda hazırlanmalıdır.

Bunu AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən tədbirdə deyib.

İnstitut direktorunun sözlərinə görə, dilimizin qrammatikası son dəfə bir neçə il bundan əvvəl işıq üzü görüb: "O, artıq köhnəlib, buna görə də, qrammatikanı yeni variantda hazırlamaq lazımdır. Dilimizə yeni daxil olan sözlərin lüğəti hazırlanır. Dilimizə daxil olan yeni sözlərin siyahısını hazırlayaraq onları əvvəlcə ictimaiyyətin müzakirəsinə vermək olar".

M.Nağısoylu qeyd edib ki, dilimizin daxili imkanları hesabına müəyyən terminləri özününküləşdirmək lazımdır.

Onun sözlərinə görə, yazılı abidələrimizdə də unudulan çox saylı sözlər var: "Onları unutmuşuq, əvəzində fars və ərəb sözləri dilimizə daxil olub".

M.Nağısoylunun sözlərinə görə, müsəlman aləmində 3 böyük dil var ki, onlar türk, ərəb və fars dilidir.

O qeyd edib ki, Azərbaycan dili dünyanın ən zəngin və ən qədim dillərindən biri hesab olunur. Dövlət dili statusunu almış Azərbaycan dili hazırda bütün sahələrindəki, o cümlədən elmin bütün sahələrindəki fikirləri incəliyinə qədər ifadə edə bilən bir dildir.

M.Nağısoylu deyib ki, Azərbaycan dilinin dövlət dili statusu alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. (“Trend”)
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook