"Vilyam Hacıyev deyir ki, torpağını mənə ver.." - ŞİKAYƏT

15 dekabr 2014
"Vilyam Hacıyev deyir ki, torpağını mənə ver.." - ŞİKAYƏT"Vilyam Hacıyev deyir ki, şəhərin mərkəzində İcra Hakimiyyəti binasının yanında olan torpağını mənə ver, əvəzində rayonun hansı tərəfindən istəsən torpaq verim. Onun mənim torpağıma bitişik onun böyük torpağı var, indi istəyir ki, mənim kiçik torpağımı alıb öz sahəsinə qatsın və yeni obyekt tiksin".

Bu sözləri musavat.com-a Qarabağ qazisi Rauf Nizam oğlu Cəfər deyib. O, İmişli rayon içra başçısının özbaşnalığından təngə gəldiyini bildirib.

Qarabağ qazisi qeyd edib ki, 1992-ci ildə könüllü olaraq ordu sıralarına qatılıb. Cəbrayılda, Füzulidə, Murovdağda döyüşlərdə iştirak edib, yaralanıb, kontuziya alıb. 1994-cü ildə ağır yaralanıb və bu günə kimi dərmanlar sayəsində həyatda qalır.
Rauf Cəfər deyir: “2007-ci ildə İmişli rayon bələdiyyəsinə müraciət edib 40 kv metr torpaq sahəsi aldım. Torpağın rüsum və vergisini vaxtı- vaxtında ödəmişəm. Sənədlərdə heç bir qanunsuzluq yoxdur. Lakin bu torpaqda tikintiyə icazə vermirlər. Dəfələrlə müraciət etmişəm. Heç bir müsbat cavab ala bilməmişəm".

Rəşadətli döyüş yolu keçdiyinə görə həm də prezident təqaüdçüsü olan R.Cəfər ölkə başçısı İlham Əliyevə müraciət edərək bildirir: "Siz dəfələrlə Qarabağ qazilərinə, müharibə veteranlarına ev, maşın açarları paylayarkən öz çıxışlarınızda qeyd etmisiniz ki, onlara hörmət, mənə hörmətdir. Lakin mən İmişli rayon icra başçısı Vilyam Hacıyevdən bu hörməti görmürəm. Mətbuat vasitəsiylə sizdən xahiş edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpasında mənə köməklik göstərəsiniz”.
Məsələyə münasibət bildirən İmişli rayon İH-in sabiq başçısı və sabiq millət vəkili İntizam Əkbərli bildirib ki, Qarabağ qazisinə qarşı baş verən haqsızlıqlardan xəbərdardır:
“Müharibə veteranı Rauf Cəfərin sənədləri ilə mən də tanışam. Bildiyim qədər torpaq ona əvvəlki başçının vaxtında verilsə də, tikintiyə başlamaq haqqında sərəncam məhz indiki başçı tərəfindən verilib. Deməli, sənədlər qaydasında olub ki, tikintiyə başlamaq haqqında sərəncam verilib. Sonradan bu tikintinin yasaqlanmasının səbəbi barədə məlumata malik deyiləm. Hesab etmirəm ki, vətən uğrunda vuruşan bir qazinin o torpaqda mağaza tikməsi hansısa fəsad yarada bilər. Əslində bu tikinti deyil, şəhərsalma və tikinti prinsiplərinə zidd olan və bu səbəbdən də rayon sakinlərinə narahatlıq yaradan tikintilər dayandırılmalı idi. Rayon mərkəində olan iki parkın abadlıq adı altında şadlıq evi, hotel tikintisi üçün satılmasına icazə verilməməli idi. Rayon sakinlərinin heç ağıllarına da gəlməzdi ki, bir gün şəhərin mərkəzi küçələrindən maşınların hərəkəti dayandırılacaq. Və küçənin ortasında uşaq bağçası tikiləcək. Məhz bu səbəbdən İmişlinin mərkəzində görünməyən tıxaclar yaranır. Ərazinin tikinti sıxlığı və şəhərsalma reqlamenti nəzərə alınmadan rayon ərazisindəki bütün torpaqlar satılıb. Daha satmaq üçün torpaq qalmadığından indi şəhərin mərkəzindən keçən kanalın üstü ticarət obyektləri tikilmək üçün satılır. Bu tikililər kanalın təmizlənməsini qeyri-mümkün edəcək. Belə olacağı təqdirdə kanalda yaranacaq anti-sanitariyyanın sakinlər üçün törədəcəyi fəsadları təsəvvür etmək çətin deyil.
Göründüyü kimi, İmişli rayon İH-nin başçısı 2007-ci ilin oktyabrında qəbul olunan və torpaqların ancaq hərrac yolu ilə satılmasına icazə verən qanuna məhəl qoymadan şəxsi istəyinə uyğun olaraq istirahət yerlərini, hətta küçəni belə 5-6 nəfər varlıya satır, müharibə qazısınin isə qanuni tikintisini əngəlləyir. Səbəbi isə Qarabağ qazisinə pulsuz verilən, və bu gün baha qıymətə olan bu torpaq sahəsini hansısa pullu şəxsin almaq fikrinə düşməsidir”.

Qarşı tərəf sənəd-sübutlar əsasında çap etdiyimiz şikayətə cavab vermək hüququna malikdir. Sözləri varsa, buyursunlar.
Xəbəriniz olsun

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

10.11.2018 - Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”

10.11.2018 - Norveç Bakıdakı səfirliyini bağlayır

09.11.2018 - Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub

09.11.2018 - "Qarabağ" Ukraynada "Vorskla"nı məğlub etdi: azarkeşlər bir-birinə girdi, işə polis qarışdı

08.11.2018 - “Nar”dan Bayraq Günü münasibəti ilə abunəçilərinə hədiyyə

Facebook