İlham Əliyev komitə sədrinin birinci müavinini dəyişdi

17 fevral 2016
İlham Əliyev komitə sədrinin birinci müavinini dəyişdiDövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Vahab MəmmədovDövlət Statistika Komitəsisədrinin birinci müavini təyin edilib.

V. Məmmədov 1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri namizədidir. 1987-ci ildə Əli Bayramov adına Bakı istehsalat birliyində mühasib, 1987-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı və elmi işçi vəzifəsində işləyib. 1988-1991-ci illərdə aspiranturada təhsilini davam etdirmiş və Moskva şəhərində Mərkəzi Əmək İnstitutunda elmi işini müdafiə edib. 1992-1993-cü illərdə Əmək və Sosial Məsələlər Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1993-cü ildəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini, 1994-1997-ci illərdə Əlillərin Sosial Müdafiəsi Fondunda sədrin müavini, 1997-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini, idarə rəisi, şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, 2000-2001-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləyib. 2015-ci il oktyabr ayının 19-dan Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook