Bakıdan gələn qonağa Ağcabədidə qonaqlıq: Beyləqan RİH başçısı hesabat yığıncağına belə “hazırlaşır”

19 fevral 2016
Bakıdan gələn qonağa Ağcabədidə qonaqlıq: Beyləqan RİH başçısı hesabat yığıncağına belə “hazırlaşır”Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev uzun sürən fasilədən sonra nəhayət ki, rayonda görünüb. Məlumat üçün bildirək ki, icra başçısının bir müddətdir, işə çıxmadığı və rayondakı evini boşaltdığı haqda məlumatlar dolaşır.

Ötən gün isə Vaqif Abdullayev “şeytanın qıçını qıraraq” rayona təşrif buyurub.

Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısının rəhbərlik etdiyi rayonda görünməsinin səbəbi bu gün-fevralın 19-da Beyləqan RİH-də keçirilməsi planlaşdırılan 2015-ci ilin sosial-iqtisadi yekunlarına dair hesabat yığıncağında iştirakla bağlı olub.

Amma iş otağında üst-üstə bir saata yaxın müddətdə qalmağa tənəzzül edən Vaqif Abdullayev rayon ərazisini yenidən tərk edib. Mənbə bildirir ki, o günorta saatlarında hesabat yığıncağında iştirak etmək üçün Beyləqana ezam olunmuş Əflatun (soyadını dəqiqləşdirə bilmədik-red) adlı məsul şəxslə Ağcabədi rayonundakı məşhur restoranların birində “boğazlarını yaşlamağa” gediblər. Fevralın 18-də axşam saatlarına qədər icra başçısı ilə Bakıdan gələn qonağın Beyləqana qayıtmadığı bildirilir. Bu gün-fevralın 19-da, səhər saatlarında isə Beyləqan RİH-də ənənəvi hesabat yığıncağı baş tutmalıdır.

Maraqlıdır, son günlər rəhbərlik etdiyi rayondan çox paytaxt Bakıda olan Vaqif Abdullayev hesabat məruzəsində hansı “uğurlarından” bəhs edəcək.
Biz, Savash.org olaraq Beyləqan RİH başçısının bu gün edəcəyi hesabat məruzəsini maraqla gözləyirik. Məhz bundan sonra isə Vaqif Abdullayevin Beyləqan rayonunda “gördüyü işlər”in hesabatını təqdim edəcəyik.

Savash.org
Xəbəriniz olsun

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

Facebook