Nisyə variant yazdı, 80 min uduzdu – “Topaz”da biabırçılıq

22 fevral 2016
Nisyə variant yazdı, 80 min uduzdu – “Topaz”da biabırçılıqBakı sakini “Topaz”da 80 min manat uduzub. “Report”un xəbərinə görə, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb.

Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi, 49Q-də yerləşən “Topaz” idman mərc oyunları məntəqəsində baş verib. Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Əslində, “Topaz” məntəqələrində nisyə variantlar qəbul olunmalalıdı. Rəsmi mərc operatorunun “qara bazar”dan üstünlüyü də məhz bu olmalıdı. Göründüyü kimi, “Topaz” məntəqələri bu qadağaya məhəl qoymur.

Bu günə qədər “qara bazar”da yüzlərlə insan evini, maşınını, əmlakını uduzub. Bütün bunların başında isə nisyə variantların qəbulu dayanır. Pulu olmayan mərc həvəskarları udmaq həvəsi ilə böyük məbləğdə pul qoyuluşu edir. Variantlar gəlməyəndə isə ev-eşiyini satmaq məcburiyyətində qalır. İndi isə deyəsən “Topaz” eyni yola əl atıb…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook