İntiqam Əliyevə yeni ittiham: Mənimsəmə və israfetmə

15 dekabr 2014
İntiqam Əliyevə yeni ittiham: Mənimsəmə və israfetmə Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə yeni ittiham irəli sürülüb.

İntiqam Əliyev indiyədək Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilirdi.

Dekabrın 15-də Bakı İstintaq Təcridxanasında İntiqam Əliyevlə görüşmüş vəkil Cavad Cavadov “Media forum” saytına deyib ki, bu ittihamlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə) maddəsi də əlavə olunub.

Vəkilin sözlərinə görə, İntiqam Əliyev barəsində başlanmış cinayət işinin istintaqını aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Bakı İstintaq Təcridxanasına gələrək yeni ittihamı İntiqam Əliyevə elan edib.

Beləliklə, İntiqam Əliyev Cinayət Məcəlləsinin dörd maddəsi (213.1, 308.2, 192.2, 179.3.2) ilə təqsirləndirilən şəxsə çevrilib: “Biz bu ittihamla da razı deyilik və onu da əsassız sayırıq. Bu maddənin irəli sürülməsi üçün də hər hansı tutarlı fakt və arqument yoxdur”.

Vəkil onu da qeyd edib ki, İntiqam Əliyevin işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Cavad Cavadov İntiqam Əliyevin səhhətində ciddi problemlərin olduğunu da söyləyib: “Bir yerdə yarım saat oturan kimi sağ ayağı tutulur...".

Xatırladaq ki, İntiqam Əliyev avqustun 8-də tutulub, həmin vaxt barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan bu müddət daha 3 ay uzadılıb.

İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ildən çoxdur vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.
Xəbəriniz olsun

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

23.05.2018 - İbrahimbəyov həbs oluna bilərmi?

23.05.2018 - Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq

23.05.2018 - Avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxartdı - Bakıda dəhşətli hadisə

23.05.2018 - “Qız qaçırma insan oğurluğu deyil” - Deputatdan şok açıqlama

23.05.2018 - “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

23.05.2018 - Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

23.05.2018 - "Niyə axı məni təhqir edirlər?" - Hadı Rəcəbli

23.05.2018 - DTX hakeri həbs etdi - Əməliyyat

23.05.2018 - İsrail fələstinlilər üçün Qüdsü bağladı

23.05.2018 - Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…

23.05.2018 - Ölkədə ev tikmək qaydaları qəlizləşdi

Facebook