Özgələrin çörəyi ilə yaşayan Azərbaycanda iqtisadi islahat – KİMİ ALDADIRIQ?

26 fevral 2016
Özgələrin çörəyi ilə yaşayan Azərbaycanda iqtisadi islahat – KİMİ ALDADIRIQ?Divin canı şüşədə olduğu kimi Azərbaycan hakimiyyətinin də bütün qüdrəti neftdə imiş. Neftin dünya bazarında kifayət qədər sanballı qiymətə satıldığı uzun illər ərzində yerli istehsalın qayğısına qalmayan hökuməti indi ildırım vurub sanki. Birinci şəxsindən tutmuş sonuncusuna kimi hamısı iqtisadi islahatlardan, kənd təsərrüfatının dirçəldilməsindən və yeni istehsal sahələrinin yaradılmasından danışır. Savash.org anonsu verilən iqtisadi islahatların perspektivi ilə bağlı kiçik araşdırma aparıb, bəribaşdan bildirək ki, nəticələr hökumətin optimizmi ilə ziddiyyət təşkil edir.

Heç “yeni istehsal sahələrinin yaradılması indimi yadınıza düşdü?” sualının da yeri deyil. Təbii ki, indi anonsu verilən bu islahatları ölkəyə neft gəlirlərinin axdığı “qızıl illər”də reallaşdırmaq daha məqsədəuyğun və rahat idi. Olmadı. Amma indi də gec deyil, təki hökumət bu istəyində səmimi və ardıcıl olsun. Amma deyəsən, heç belə də deyil. Hər halda ağ-appaq yalanlar statistika kimi təqdim olunursa optimizmə heç bir yer qalmır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda guya ərzaqla özünütəminetmə səviyyəsi 80 faiz təşkil edir və ərzaq idxalından asılılıq 22 faizdir. Komitənin rəqəmlərini müşahidəsi zamanı məlum olur ki, bəzi tərəvəz, ət və qida sənayesi məhsullarında özünütəminetmə səviyyəsinin də 80 faiz olduğu deyilsə də, əksər qida məhsullarının xammalı xaricdən idxal olunur.

Kənd təsərrüfatı ölkədə ən böyük işçi qüvvəsinə malik sektorlardan biri hesab edilir, ümumi işçi qüvvəsinin 40 faizi bu sahədə çalışır, hərçənd ÜDM-də onun payı sadəcə 5.3 faizdir.

Təhlilçilər ehtimal edir ki, neftdən sonra Azərbaycanın ən gəlirli sahəsi kənd təsərrüfatı hesab edilə bilər. Lakin yalnız məhsulun istehsalı deyil, eyni zamanda, onun bazara çıxarılması və satışında da problemlərin mövcudluğu sektorun inkişafına əngəllər törədir.

Ötən ilin sonunda ölkədə baş verən ikinci devalvasiyadan sonra bir çox sahələrdə olduğu kimi, taxılçılıqla bağlı vəziyyətin normal olmadığı ortaya çıxdı. Belə ki, qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirmək barədə fikirlər yenidən səslənərkən məlum oldu ki, Azərbaycan heç taxıla olan tələbatını yerli istehsal hesabına ödəyə bilmir. Üstəlik, yerli istehsal qida üçün yararsızdır.

Müstəqil ekspertlər hesab edir ki, Azərbaycanda 2,9 milyon ton taxıl istehsal olunur və onun da 1,7 milyon tonu buğdadır. Taxılla bağlı ehtiyat fondu, dövlətin Taxıl Fondu var. Həmin Fonda yerli istehsallı taxıldan bir kiloqram da alınmır. Çünki bizim istehsal etdiyimiz taxıl həmin Taxıl Fondunun standartlarına uyğun gəlmir. Bu isə o deməkdir ki, biz xaricdən aldığımız taxılın hesabına yaşayırıq.

İndiyədək bu sahəyə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına baxmayaraq, aqrar sektorda keyfiyyətli buğda yetişdirmək mümkün olmayıb. Əsas səbəb odur ki, fermerlərin maddi texniki təchizatı yetərincə deyil. Bu da kompleks yanaşmanın olmamasının və hökumətin yarıtmaz iqtisadi siyasətinin nəticəsidir.

Bütün bunlar isə özgə çörəyi ilə yaşayan ölkədə anonsu verilən iqtisadi islahatarın uğurlarına ciddi şübhələr yaradır.
Savash.org
Xəbəriniz olsun

18.12.2018 - Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT

18.12.2018 - “AZƏRBAYCANIN NİYYƏTİNİ BAŞA DÜŞƏ BİLMİRƏM…” – General Stepanyan

18.12.2018 - “Nar” mətbuat nümayəndələrini bir araya topladı

16.12.2018 - Mübariz haqda status yazan psixoloqdan açıqlama – “Tanış bir erməni xanım var…”

16.12.2018 - Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı, qatilə çevrildi

16.12.2018 - Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”

16.12.2018 - Lukaşenko: “Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?”

16.12.2018 - Deputatla bağlı şok sənədlər yayıldı – Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu – FOTO

15.12.2018 - Deputat sərxoş olub restoranda dava saldı, mühafizə işə qarışıb

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

Facebook