Nardaran ağsaqqalı dövlətə müraciət etdi: "Küçələrə «Əli, Hüseyn, Allahu Əkbər!» şüarları yazılır, bu təxribatdı"

02 mart 2016
Nardaran ağsaqqalı dövlətə müraciət etdi: "Küçələrə «Əli, Hüseyn, Allahu Əkbər!» şüarları yazılır, bu təxribatdı"Nardaran ağsaqqalı Hacıağa Nuri bunu martın 1-i səhər saatlarında kəndin küçələrindən birinə «Əli, Hüseyn, Allahu Əkbər!» şüarlarının yazılması ilə bağlı bildirib. «Özü də yarı kiril, yarı latın əlifbası ilə, qaçaraq şəkildə yazılan bir şüardır. Mən bunu ancaq təxribat adlandırıram. Nardarandakı güc strukturlarına müraciət etmişik ki, bunun üstünü açsınlar. Bunu kimsə kənardan edib, kənddə qarşıdurma yaratmaq istəyirlər», - deyə H.Nuri baş verənləri dəyərləndirib.

Savash.org “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, Nardaran ağsaqqalı kəndin hələ də güc strukturlarının nəzarətində olduğunu deyib. Bu baxımdan da baş verənlərin «kənar iz» olduğunu düşünür.

Hacağa Nurinin deməsinə görə, bu məsələ ilə bağlı 30-a yaxın şəxs saxlanılıb. Onlardan 10 nəfərə qədər şəxsə inzibati cəza verilib. Qalan şəxslər martın 1-i axşam saatlarında sərbəst buraxılıblar.

Kənddə görülən işlərdən danışan H.Nuri bildirib ki, İmam Hüseyn meydanından «Nardaran Piri»nə gedən 1 km-lik yolun çəkilişinə başlanıb.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat

keçirilib.

Bu əməliyyat nəticəsində 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. «Müsəlman Birliyi» Hərəkatının sədri Tale Bağırzadə və daha 14 nəfər həbs edilib. Həbslər sonrakı günlərdə də davam edib. Həmin vaxt Nardaran küçələrindəki bütün dini şüarlar pozulub.

Prokurorluğun məlumatında bildirilir ki, hazırda «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı olan 68 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa maddələrlə ittiham irəli sürülüb.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook